Məhkəmə qərarları › İş №3(041)-1150/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1150/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1150/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04 dekabr 2025-ci il tarixli, EQ 32421778 nömrəli qərarından şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək: 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04 dekabr 2025-ci il tarixli, EQ 32421778 nömrəli qərarın ləğv edilməsi, 2) Qərar çıxarılarkən əsas götürülmüş fotoşəkillər və video sübutlar məhkəmə tərəfindən araşdırılaraq, xx.xx.2025-ci il tarixdə "Land Rover" markalı, **-RR-*** nömrəli avtomobil kim tərəfindən idarə olunduğunun müəyyən edilməsi, 3) Zəruri hesab edilərsə, hadisə yerinin və görüntülərin ekspertizasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Land Rover" markalı, **-RR-*** nömrəli avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobilin etibarnamə əsasında idarə edilməsi üçün başqa iki nəfərə də idarə etmək hüququ verilib. xx.xx.2025-ci il tarixdə "Land Rover" markalı, **-RR-*** nömrəli avtomobili o deyil, başqa şəxs idarə etsə də Qazax-Gürcüstan yolunun 183 km-də yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə inzibati xəta törətdiyi iddiası ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə barəsində 300 manat məbləğində cərimə tətbiq edilmişdir. (Qərar № EQ********) Qərar DİN BDYPİ X6 tərəfindən elektron qaydada tərtib edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə "Land Rover" markalı, **-RR-*** nömrəli avtomobili o idarə etməmiş, başqa şəxs idarə etmişdir ki, bununla bağlı mövcud sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Qərarın verilməsi zamanı nəqliyyat vasitəsini faktiki kim tərəfindən idarə olunduğu müəyyənləşdirilməmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində qaldırdığı məsələlər: 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04 dekabr 2025-ci il tarixli, EQ 32421778 nömrəli qərarın ləğv edilməsi, 2) Qərar çıxarılarkən əsas götürülmüş fotoşəkillər və video sübutlar məhkəmə tərəfindən araşdırılaraq, xx.xx.2025-ci il tarixdə "Land Rover" markalı, **-RR-*** nömrəli avtomobil kim tərəfindən idarə olunduğunun müəyyən edilməsi, 3) Zəruri hesab edilərsə, hadisə yerinin və görüntülərin ekspertizasının təyin olunmasından ibarətdir. Əvvələn, N.Ş.Məmmədova şikayət etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04 dekabr 2025-ci il tarixli, EQ 32421778 nömrəli qərarının surətini şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir (bu barədə müvafiq akt tərtib edilərək işə əlavə edilmişdir). Şikayətə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclaslarına X4 gəlmədiyinə görə natamam təqdim edilmiş materialları tamamlamaq mümkün olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. 122.7. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 122.8. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 126.3. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar əl ilə nömrələnmiş blankda tərtib edilərək bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırki iş üzrə də şikayətdə göstərilən halların müəyyən edilməsi üçün həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitələrlə əldə edilən məlumatların yoxlanılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət verilməlidir. Sübutlar (elektron qərar, foto və ya video qeydiyyat və sair) mövcud olduğu halda məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd edildiyi kimi, N.Ş.Məmmədovanın şikayətinə iş üzrə zəruri hesab edilən sübutlar əlavə edilmədiyinə görə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 122, 126-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 04 dekabr 2025-ci il tarixli, EQ 32421778 nömrəli qərarından barəsində qərar çıxarılmış X4 tərəfindən verilmiş şikayət onu verən şəxsə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar