Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1152/2025 09.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X14, İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, müəllim vəzifəsində çalışan, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindən keçən 183-cü km-də Zərərçəkmiş şəxs1 idarə etdiyi X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobillə, Şəxs idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət deydiyyat nişanlı avtomobil toqquşmuş və X21 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, sərnişinləri X6, Zərərçəkmiş şəxs2, X13, X4 və X7 bədən xəsarəti almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 14:40 radələrində ona məxsus olan Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindən keçən 183-cü km-də Bakı istiqamətində hərəkət edərkən sağ tərəfdən ötmə əməliyyatı edən VAZ 21099 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa manevr etdirmiş və avtomobil sağ zolaqda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərərçəkmiş şəxslərin ona qarşı şikayətləri yoxdur. İş materiallarına əlavə edilmiş: - cinayət işinin başlanması rədd edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindən keçən 183-cü kilometrliyində Şəxs idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı istiqamətində 90-100 km/saat sürətlə yolun sol zolaqında idarə edib hərəkətdə olan zaman qarşısında hərəkətdə olan X8 idarə etdiyi VAZ 21099 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşıda geriyə dönmək üçün nəzərdə tutulmayan yolayırıcından sola döndüyünü görüb tormuz vermiş, arxadan eyni istiqamətdə 90-100 km/saat sürətlə gələn sürücü Zərərçəkmiş şəxs1da idarə etdiyi X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilini yolun sağ zolaqına çıxarıb, onun yanından ötüb keçmək istəyən anda Şəxsda qarşısında dönən VAZ 21099 markalı avtomobili arxadan vurmamaq üçün avtomobilini sağ zolaqa qaytarmış, bu vaxt onun idarə etdiyi Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət deydiyyat nişanlı avtomobilin sağ qabaq yan hissəsi ilə X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi arasında toqquşma baş vermişdir. X11 Vita markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobildə sağ yanı üzərində aşıb, sol beton səddə dəyib dayanmışdır. Toqquşma yolun sağ zolaqında sağ kənarından sola mərkəzə doğru 3 metr məsafədə X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət deydiyyat nişanlı avtomobilin sağ qabaq yan hissəsi arasında baş vermişdir. Hadisə yerində sol zolaqda Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilə aid 27,20 metr uzunluqda tormuz izi vardır. Avtomobillər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Mersedes Benz E220 minik markalı avtomobildə 4 nəfər sərnişin, X22 markalı avtomobildə 6 nəfər sərinişin olmuşdur. Hadisə yerində yolun şəraiti belədir: yolun işlək hissəsi asfalt örtüklüdür, yol qurudur, düzdür, yol birtərəfli hərəkət üçün nəzərdə tutularaq işlək hissənin eni 7,5 metrdir. Yolun sol kənarında 24,10 metr enində yol ayrıcı vardır. Hadisənin görüntüsüdə aşkar edilməmişdir. Material üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 451 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sağ hissəsinin, sağ çiyin qurşağı nahiyyəsinin sinir və vətərlərinin gərilməsi-küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə itirilməsinə səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 98, 99, 100,101 və 102 nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs1, X2, X9, X1 və X3 bədəni üzərində olan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir. Material üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 mart 2025-ci il tarixli 8/3324 №-li rəyindən görünür ki, Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyinəzərdən tədqiq etməyə lüzum yoxdur. VAZ 21099 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələrinin ekspertizasında xüsusi texniki bilik tələb etmir və ekspertin səlahiyyətinə aid deyildir. Material üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-206853/24 №-li məktubunda DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1967-ci il təvəllüdlü Şəxs xx.xx.2013-cü il tarixdə (xx.xx.2023-cı il tarixədək etibarlı olan) AD 025760 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi, lakin onun nəqliyyat vasitəsini idarə etmək hüququ xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Binəqədi DYPŞ və xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətə Binədəqi rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır. Material üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-206646/24 №-li məktubunda DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-cı il tarixədək etibarlı olan) BD 208207 nömrəli «B C D CE» kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatın qeydə alınmadığı göstərilmişdir. Material üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli 11-1/2-10044-8/2024 nömrəli məktub və arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisindən keçən 183-cü kilometrliyində X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı və Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobillərin işirakları ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 ədəd səki daşı yararsız hala salınmışdır. Bununlada Azərbaycan Avtomobil X10 100 (bir yüz) manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:40-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanının) tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrni idarəetmə hüququna malik sürücülük vəsiqəsi və bu hüquqa dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 90-100 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz E220 minik markalı, ** VH *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 183-cü kilometrliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla ara məsafəsi qaydalarını pozub, qarşıda hərəkətdə olan X8 idarə etdiyi VAZ 21099 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi avtomobili sağa manevr etirib, avtomobilinin sağ qabaq hissəsi ilə sağ zolaqda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan X21 markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına aid xəsarətlər almasına, bu X11 Vita markalı avtomobilin sağ yanı üzərində aşıb, yolun sol kənarında 4 ədəd səki daşını zədələnməsi nəticəsində Azərbaycan Avtomobil X10 100 (bir yüz) manat maddi ziyan vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bununlada baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə görə təqsirkar tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır və şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə tövsif olunur. Buna görə də toplanmış materialda cinayət hadisəsi yoxdur və material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin sürücü Şəxs nəqliyyat vasitəsini idarəetmə hüququna malik sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozub zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlər yetirilməsinə və zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. İş materiallarına yol-nəqliyyat hadisəsinin sxemi, izahatlar, nəqliyyat vasitələrinə dair sənədlər, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə barəsində tətbiq edilməli olan inzibati tənbeh tədbirinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sənədlərdən görünür ki, hazırda araşdırılan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol cinayət işinin başlanmasının rədd edilməsi haqqında Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru X5 xx.xx.2025-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə tərtib edilmiş və həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 mart 2022-ci il tarixli qərarının 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Hazırki işin materiallarından görünür ki, yol nəqliyyat hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, cinayət işinin başlanması rədd edilməsi haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, İXP ******* nömrəli inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1152/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1152/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver