Məhkəmə qərarları › İş №3(041)-1157/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-1157/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-1157/2025 22.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kürdəmir 851 saylı Aptekdə işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran regional şöbəsinin əməkdaşları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini sistemə daxil edilmiş işçilərin əmək müqaviləsində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyini əsas gətirərək barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və məhkəmə qeyd edilən barəsində tərtib edilmiş protokolu araşdırdıqdan sonra qanun pozuntusu müəyyən edilmədiyi üçün xx.xx.2025-ci il tarixdə icraata xitam verilmişdir. Qeyd edilən protokola baxılması məhkəmənin icraatında olan zaman Azərbaycan Respublikası Əmək və Əhaluinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran regional şöbəsi barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cəimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Baxmayaraq ki, barəsində tərtib edilmiş protokolun heç bir hüquqi əsası yoxdur. Buna görə də məhkəmə tərəfindən inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X5 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar əsassızdır. Məhkəmə iclasında iştirak edən X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda göstərilən nöqsanlar tərəfindən aradan qaldırılmış və bu barədə DƏMXN- Mərkəzi Aran regional şöbəsinə rəsmi qaydada elektron məktubla müraciət etmişdir. Etdiyi müraciətə rəsmi cavab verilmədiyi üçün həmin qərardan verdiyi şikayəti baxmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Hazırki iş üzrə də, X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət müəyyən etmiş, X4 məhkəməyə təqdim etdiyi ərizəsində törətdiyi hüquqpozmanı aradan qaldırılması barədə DƏMXN- Mərkəzi Aran regional şöbəsinə rəsmi qaydada elektron məktubla müraciət etdiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından barəsində qərar çıxarılmış X2 şikayəti ərizəsinə əsasən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 100, 109, 114, 116, 118-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından barəsində qərar çıxarılmış X4 tərəfindən verilmiş şikayət ərizəsinə əsasən geri qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar