Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-116/2023 01.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir rayon Polis Şöbəsinin İİB-nin Polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir rayonu Dəyirmanlı kəndi ərazisində Kürdəmir RPŞ-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək yaşadığı kənd ərazisində oğurluq hadisəsi baş verdiyini, oğurluqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt evdə xəstəsi olduğunu bildirərək şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istədiyini bildirmiş, lakin polis əməkdaşları onun dediklərinə əhəmiyyət vermədən polis şöbəsinə aparmış, şöbədə izahatı alındıqdan sonra şöbəni tərk etmək istəyərkən polis əməkdaşlarının əsassız yerə onun barəsində İXM-nın 535.1-ci maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüş və öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Hesab edir ki, barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir rayon Polis Şöbəsinin İİB-nin Polis sahə rəisi X2 izahatında bildirdi ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokolu Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili H.İbadovun raportuna və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına əsasən tərtib etmişdir. Raportda Dəyirmanlı kəndində baş vermiş oğurluq hadisəsinə görə Şəxs izahatının alınması üçün şöbəyə dəvət edilməsi zamanı polis əməkdaşları ilə Elnur arasında yaranmış mübahisəni sonuncu verdiyi izahatında evdə xəstəsi olduğu üçün şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istəyinə polis əməkdaşları tərəfində imkan verməmələri ilə əlaqələndirmişdir. Tərəflərin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, işin faktiki və mübahisəedilməyən hallarından məlum olur ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində baş vermiş oğurluq hadisəsinə görə xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Şəxs yaşadığı ünvana gedərək kənd ərazisində oğurluq hadisəsi baş verdiyini, oğurluqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs evdə xəstəsi olduğunu bildirərək şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istədiyini bildirmiş, lakin onun evdəkiləri məlumatlandırmaq istəyinə polis əməkdaşları tərəfindən imkan verilməmiş və məcburi qaydada polis şöbəsinə aparılmışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işdə polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən yox, əməliyyat axtarış tədbirlərinin tərkib hissəsi olaraq baş vermiş oğurluq hadisəsində şübhəli bildikləri şəxs qismində Şəxs yaşadığı ünvana getmiş və izahatının alınması üçün onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Şəxs şöbəyə getməsi ilə bağlı evdəkiləri məlumatlandırmaq istəiyi onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Ona görə də, Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-116/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-116/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver