Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1164/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X9, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyatda olmaqa yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 608/2023 saylı icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra vərəqəsinə əsasən borclular X4 və Şəxs qalmış, tələbkara məxsus 860 manat dəyərində 1 ədəd qolbaq, 730 manat dəyərində 1 ədəd qolbaq, 1500 manat dəyərində 1 ədəd boyunbağı, 600 manat dəyərində 1 ədəd sirkon qaşları olan nişan üzüyü, 850 manat dəyərində 1 ədəd sirkon qaşları olan paxlava üzük, cehiz əşyaları 5200 manat dəyərində 1 ədəd şifoner, 1 ədəd servant, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd krovat, 1 ədəd yazı stolu, 1 ədəd termo, 2 ədəd tumbuçka, 750 manat dəyərində 1 ədəd televizor və 1 ədəd televizor altlığı, 50 manat dəyərində 1 ədəd DVDİ, 700 manat dəyərində 1 ədəd soyuducu, 600 manat dəyərində 1 ədəd stol və 6 ədəd stul, 300 manat dəyfərində 2 ədəd xalça, 80 manat dəyərində 2 ədəd lüstr, 70 manat dəyərində 1 ədəd çörək bişirən soba, 50 manat dəyərində 1 ədəd şirəçəkən, 70 manat dəyərində 1 ədəd ət çəkən, 130 manat dəyərində 1 ədəd ütü və 1 ədəd ütü altı, 40 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində 1 ədəd divar saatı, 700 manat dəyərində 1 ədəd kondisioner, 90 manat dəyərində 1 ədəd tozsovuran, 30 manat dəyərində 2 ədəd naçnik, 200 manat dəyərində 1 ədəd beşik, 40 manat dəyərində 2 ədəd mişkalar, 150 manat dəyərində 10 ədəddən ibarət 2 dəst qazanlar, 10 manat dəyərində 1 ədəd çaynik, 70 manat dəyərində 1 ədəd samovar, 70 manat dəyərində 1 ədəd umvalnik, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 15 manat dəyərində 1 ədəd çuğun vedrə, 20 manat dəyərində 2 ədəd çaydan, 300 manat dəyərində Pərdə və karnizlər, 1200 manat dəyərində 5 dəst mitil, 500 manat dəyərində 10 ədəd yastıq, 150 manat dəyərində 2 ədəd yay yorğanı, 150 manat dəyərində 3 ədəd taxt üçün ədyal, 200 manat dəyərində Dəsmallar, çexollar və süfrələr, 300 manat dəyərində 6 ədəd döşəkçə, 170 manat dəyərində 1 ədəd Nahar dəsti, 120 manat dəyərində Sevant üçün qablar, 140 manat dəyərində 2 ədəd xrustal vaz, 2 ədəd lotka qablar, 30 manat dəyərində 12 ədəd stəkan, 12 ədəd rumka, 80 manat dəyərində 4 ədəd güldan, 20 manat dəyərində 1 ədəd su qabı 6 ədəd balası, 50 manat dəyərində 2 dəst servis qruşqası, 2 ədəd çaynik, 40 manat dəyərində 12 ədəd rumka, 2 ədəd xrustal qənd qabı, 40 manat dəyərində 2 ədəd Leyli-məcnun vazı, 2 ədəd konfet qabı, 30 manat dəyərində 1 dəst meyvə qabı (ağ rəngli), 30 manat dəyərində 1 dəst meyvə qabı, 3 balası, 90 manat dəyərində 48 ədəd boşqab dəsti, 25 manat dəyərində 12 ədəd kasa-masqura, 40 manat dəyərində 12 ədəd 2 dəst xrustal stəkan nəlbəki, 15 manat dəyərində 1 ədəd tort qabı, 40 manat dəyərində 2 qutu armudu stəkan, 30 manat dəyərində 1 ədəd qaşıq dəsti, 15 manat dəyərində 3 ədəd qənd, çay və pəsok qabı (nabor), 30 manat dəyərində 1 ədəd aş qazanı, 20 manat dəyərində 1 ədəd teşt, 15 manat dəyərində 2 ədəd su tavası, 10 manat dəyərində 1 ədəd aşsüzən, 15 manat dəyərində 3 ədəd podnis, həmin əmlaklar olmadıqda onların pulla dəyəri cavabdehlər Şəxs və X2 alınıb iddiaçı X8 verilməsi, həmçinin, tərəflərin birgə nikah dövründə əldə etidkləri 25 baş qoyunun birgə nikah dövründə alınmasını nəzərə alaraq 13 başının cavabdeh Şəxs alınıb iddiaçı X8 verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Şəxs müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, izahatı alınmış, icra sənədini tam şəkildə icra etməsi barədə dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra sənədini icra etməkdən yayınmış, nəticədə 4030 manat borcu yaranmışdır. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda tələbkar icra sənədinin icra edilməsini xahiş və tələb edir. M.R.Şirnalıyev izahatının sonunda tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iclasında X6 izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(041)-581/2022-cü il tarixli icra sənədinin icrası ilə bağlı bütün cehiz əşyaları və 13 baş qoyun tələbkara qaytarılmış, qızıl-zinət əşylarının dəyəri kimi tələb edilən 4630 manat puldan 600 manat ödəniş edilmiş, lakin maddi imkanı olmadığına görə icra sənədini tam şəkildə icra edə bilməmişdir. Hazırda tələbkara olan borcu 4030 manat təşkil edir. Bundan sonra borcunu hər ay hissə-hissə ödəyə bilər. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə borclular icra sənədinin böyük bir qismini icra etmişlər, maddi imkansızlığa görə qızıl-zinət əşyalarını qaytara bilməmişlər, icra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş, nəticədə 4030 manat borcu yarandığından Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs sözü gedən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam olaraq icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 dekabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1164/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1164/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver