Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1166/2024 09.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs etibarnamə ilə nümayəndəsi X6nun iştirakları ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-608/2023 saylı icra sənədinə əsasən Şəxs və X3 tələbkara məxsus əmlakların özləri özləri olmadıqda isə onların dəyəri alınaraq tələbkara verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Cehiz əşyaları tam şəkildə geri qaytarılmış, bir ədəd 90 manat dəyərində tozsoran aşkar olunmamışdır. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən əmlak vəziyyəti yoxlanılmış, borcluda borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamış, borclu tərəfindən borcu əsaslı səbəb olmadan ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkara məxsus əmlaklardan cehiz əşyaları tam şəkildə geri qaytarılıb. Qızıl zinyət əşyalarının ümumi dəyəri 4540 manat olub. Onlar geri qaytarılmamışdır. Hal-hazırda xəstəliyimlə bağlı heç bir yerdə rəsmi işləmirəm. Özüm ailəmi dolandırmaq üçün fərdi işlə məşğul oluram. Mənim borcu aylıq hissə-hissə ödəməyə imkanım çatır. Hazırda oğlum mənim himayəmdə qalır, işləyir ancaq, oda aliment ödədiyi üçün borcu ödəməyə maddi imkanı çatmır. Yoldaşım 350 manat maaş alır. Mən borcu yoldaşımın maaşı ilə ödəyə bilərəm. Biz qoyunları qaytarmaq üçün kredit götürmüşdük indi həmdə onu ödəyirik. İmkanı olduqca aliment borcunu ödəyəcəkdir. Odur ki, vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-608/2023 saylı icra sənədinə İddia üzrə cehiz əşyaları, qızılzinyət əşyaları olmuşdur. Əlavə olaraq birgə nikah dövründə alınmış 25 baş qoyun olub. 13 baş qoyun oğlu tərəfindən geri qaytarılıb. Cehiz əşyaları tam şəkildə geri qaytarılıb, sadəcə bir ədəd tozsoran aşkar olunmayıb, onunda dəyəri 90 manat olub. Qızıl zinyət əşyalarının ümumi dəyəri 4540 manat olub. Onlar geri qaytarılmamışdır. Ümumilikdə 1 ədəd tozsoran 90 manat və 4540 manat qızıl zinyət əşyaları olmaqla cəmi 4630 manat borc olub. İlkin olaraq, 4630 manatdan 2 dəfə 300 manat olmaqla ümumilikdə 600 manat ödənilib. Hazırda 4030 manat borcu qalıb.Tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X6 göstərdi ki, bu işlə bağlı bundan əvvəl də məhkəməyə müraciət olunub, onlarda məhkəmə qərarından sonra Apellyasiya şikayəti veriblər ancaq qərar qüvvədə qalıb.Bundan sonra icra məmurları dəfələrlə bura gətirsələr də, yalandan vədlər veriblər ki guya aylıq 300 manat ödəyəcəklər.Bizdə razılaşmışdıq amma 4 ay keçməsinə baxmayaraq, heç bir ödəniş etməyiblər.Noyabrda 2000 manat ödəyəcəylərinə söz vermişdilər. Bu gecikdirməylə bağlı hətta 1 həftə həbs edilib. Xəstəliyi bəhanə edir onlar pulu ödəmək fikrində deyillər mən məcbur qalıb məhkəməyə müraciət etmişəm. Buna görə qanuni qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi, tələbkarın nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu Əliyev X4 rayon İcra şöbəsinə daxil olmuş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-608/2023 saylı icra sənədini üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə Şəxs icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və bunu inzibati məsuliyyətdən müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-1166/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1166/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver