Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1167/2024 09.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Kürdəmir rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Aran qəsəbəsində aralarında yaranmış mübahisə zamanı Ağsu rayon sakini Zərərçəkmiş şəxs məxsus “Lada Pirora” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən təpiklə bir neçə dəfə vuraraq maddi ziyan vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Kürdəmir rayonu, Aran qəsəbəsində yerləşən evin qabağında qonşu qızla söhbət edərkən, yanlarından keçən “Lada Pirora” markalı avtomobilin sürücüsü onlara diqqətlə baxıb, gözlərini onlardan çəkmədiyini görüb avtomobili saxlatdırıb ona öz iradlarını bildirmiş və aralarında yaranmış mübahisə zamanı avtomobilə təpiklə bir neçə dəfə vuraraq, oradan getmişdir. Zərərçəkmiş şəxsin tələb etdiyi 1000 manat maddi ziyanın məbləği şişirdilmişdir. Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, istifadəsində olan “Lada Pirora” markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobililə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində 1 nəfər qadın müştərisini “Bolmart” deyilən ərazinin yaxınlığında düşürüb geri qayıdarkən yolun kənarında biri qız biri oğlan olmaqla iki nəfərin dayandığını görmüş, onların yanından keçərkən oğlanın onu çağırdığını eşidib avtomobili saxlamış, qıza baxdığı üçün ona iradını bildirmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxs onun avtomobilini təpikləyərək, ona 1000 manat maddi ziyan vurmuşdur. Ziyan hal-hazıra kimi ödənilməmişdir. İşə əlavə edilmiş, Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli ziyan aktında Zərərçəkmiş şəxs məxsus “Lada Pirora” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs məxsus “Lada Pirora” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə bir neçə təpik vurmaqla ona maddi ziyan yetirməsini etiraf etmiş və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə barəsində tətbiq edilməli olan inzibati tənbeh tədbirinə gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sənədlərdən görünür ki, hazırda araşdırılan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol cinayət işinin başlanmasının rədd edilməsi haqqında Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli qərarının icrasını təmin etmək məqsədilə tərtib edilmiş və həmin tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki işin materiallarından görünür ki, inzibati xəta haqqında protokol qərar qəbul edildiyi gündən 3 ay 7 gün keçəndən sonra tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxsin maddi ziyanla bağlı məhkəməyə təqdim etdiyi Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin xx.xx.2024-cü il tarixli 03 nömrəli ziyan aktı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs razılaşmamış, izahatında həmin məbləğin şişirdiliyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməli, iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 39, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1167/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1167/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver