Məhkəmə qərarları › İş №3(041)-1168/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1168/2025

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1168/2025 26.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinin nümayəndəsi X4, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X18 şöbəsinin 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarından Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinin rəisi X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X18 Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərardan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinin rəisi Valeh Qaraşov tərəfindən verilmiş şikayət Kürdəmir Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X7 01 iyun 1999-cu il tarixdən Mil Qarabağ və X6 istismarı idarəsində fəhlə işinə qəbul edilmiş, 2009-cu ildən 2024-cü ilin oktyabr ayına qədər baş meliorator vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC çevrilmə formasında yenidən təşkil edilərək “X12 Xidməti" publik hüquqi şəxsi yaradılmışdır. Azər Niftaliyevə tutduğu baş meliorator vəzifəsinin ixtisara düşməsi haqqında 13 avqust 2024-cü ildə xəbərdarlıq təqdim edilərək şəxs tərəfindən qəbul etməsi haqqında imzalanmışdır. Nəticə etibarilə onun əvvəlki əmək müqaviləsinə əsasən əmək haqqı 607 manat olmuş, 07 oktyabr 2024-cü il tarixdə isə yeni ştat cədvəli və Azər Niftaliyevin ərizəsi əsasında onunla 3(üç) ay müddətinə əmək müqaviləsi bağlanaraq mühəndis-meliorator vəzifəsinə keçirildikdən sonra əmək haqqı 800 manat olmuşdur. Azər Niftaliyevin əvvəlki əmək funksiyası ilə yeni ştat cədvəlində nəzərdə tutulmuş mühəndis meliorator vəzifəsi fərqli bir əmək funksiyası olduğundan və ümumiyyətlə yeni yaranmış strukturun nizamnamə tələbləri fərqli olduğundan Azər Niftaliyev və digər ştat cədvəlində nəzərdə tutulmuş işçilərlə üç aylıq əmək müqaviləsi bağlanmışdır. Azər Niftaliyevlə bağlanmış əvvəlki əmək müqaviləsinə xitam verilməməsinin səbəbi xitam verildiyi təqdirdə vətəndaşa iki aylıq əmək haqqının ödənilməsi zərurəti yarandığı və idarələri dövlət büdcəsindən maliyyələşdiyindən smetada nəzərdə tutulmaması olmuşdur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır) Azər Niftaliyevlə bağlanmış üç aylıq əmək müqaviləsi şəxsin ərizəsi əsasında razılığı ilə bağlanmış Əmək və Əhalinin Məşğulluğu alt sisteminin (ƏMAS) portalından SİMA proqramından şəxsən keçmişdir. Yuxarıda sadalananlar təsdiq edir ki, Azər Niftaliyev üç aylıq əmək müqaviləsi ilə razılaşaraq müqaviləni imzalamışdır. Yuxarıda qeyd etdikləri kimi iddiaçı Mil Qarabağ və X6 istismarı idarəsinin rəisi Valeh Qaraşovun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X15 inzibati tənbeh vermə haqqında MN ******* qərarını əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsini əsas götürərək X7 yeni ştat cədvəlində nəzərdə tutulmuş mühəndis-meliorator vəzifəsi ilə, yeni müddətli (üç aylıq) əmək müqaviləsi ilə razılaşaraq imza atmışdır. Beləliklə, yuxarıda göstərilənləri rəhbər tutaraq Mil Qarabağ və X6 istismarı idarəsinin rəisi X13 haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin "inzibati tənbeh vermə haqqında 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinin nümayəndəsi X10 şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib Mil Qarabağ və X6 istismarı idarəsinin rəisi X13 haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin "inzibati tənbeh vermə haqqında 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 nümayəndəsi X8 şikayət ərizəsini müdafiə edərək eyni məzmunda izahat verib şikayətin əsaslı hesab edilərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qərəzli şəkildə və şəxsi münasibətlər zəmnində işdən çıxarılmışdır. Onun sənədləri saxtadır, saxta imzası atılmışdır sənədə. Onunla müqavilə bağlanılmış, lakin o, ərizə ilə vəzifəsindən aşağı vəzifə verilməsini xahiş etməmiş, heç bir sənədə imza atmamışdır. İş materiallarında olan Mil Qarabağ və X6 İstismarı İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli guya onun Baş Meliorator vəzifəsindən Mühəndis Meliorator vəzifəsinə keçirilməsini xahiş etməsi barədə ərizə onun tərəfindən imzalanmamışdır. Belə ki, oktyabrın 8-də xəstəxanaya gəlmiş, həmin ayın 14-ü günü xəstəxanadan çıxmışdır. Oktyabr ayının 10-da iş yoldaşı Toğrul Ağayev ona zəng edərək, telefonda işlə bağlı müəyyən proseslər deyəcəyini və onun dediyini etməsini söyləmişdir. O da iş yoldaşı olduğu üçün inanaraq həmin dediklərini etmiş, sonra isə Toğrul ona “təbrik edirəm işində qalmısan” kimi cümlə işlətmişdir. Bildirir ki, onu aldadaraq işdən çıxarmışlar, imzasının saxta olması ilə bağlı prokurorluğa müraciət etmiş və hazırda müraciəti ilə bağlı prokurorluqda iş davam edir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsi tərəfindən qəbul edilmiş 02 dekabr MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ödənilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45 və 172.4-cü maddəsinin tələbləri pozulmuş və nəticədə X13 Azərbaycan Respublikasının İXM-nin 192.4 və 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə X3 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri gözlənilməmiş və nəticədə X13 Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 1800 (min səkkiz yüz) manat cərimə edilmişdir; Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsi rəisi tərəfindən qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli 58 №-li əmrdən görünür ki, Mil Qarabağ və X6 İstismarı İdarəsinin bölməsində “Meliorator” vəzifəsində işləyən X7 ilə bağlanılmış 4UT8RDJ000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2. “b” - əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İşçinin xx.xx.2012-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək istifadə edilməmiş 11 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat və uçot şöbəsinə həvalə edilmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, 2.1-ci (əmək müqaviləsi müddətsiz bağlanılmışdır) bəndinin qarşısında “yox” yazılmış, 2.3-cü bəndində bu əmək müqaviləsi “47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)” bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 13 il 6 ay 3 gün müddətinə bağlanmışdır. 2.4-cü bəndinə əsasən, işçi xx.xx.2012-ci il tarixindən, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən işə başlayır. Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin idarənin baş melioratoru X7 Baş Meliorator vəzifəsindən Mühəndis Meliorator vəzifəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə xəbərdarlıqdan görünür ki, Mil Qarabağ və X6 İstismarı İdarəsində Mühəndis Meliorator vəzifəsində işləyən X5 xx.xx.2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitməsi barədə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, 3-17-5/2-98704/2025 saylı məktubundan görünür ki, vətəndaş X3 Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxılması və sənədlərin 07 iş günü ərzində Əmək Müfəttişliyi Xidmətinin X18 Şöbəsinə göndərilməsinə dair Mil Qarabağ və X6 İstismarı İdarəsinin direktoru Valeh Qaraşova məlumat göndərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 4 noyabr 2025-ci il tarixli, 3-17-5/2-102195/2025 saylı məktubundan görünür ki, X5 aid müvafiq sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim olunması ilə bağlı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-98704/2025 nömrəli məktubda nəzərdə tutulan məlumatların göndərilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə, saat 12:00-a regional şöbəyə dəvətə dair Mil Qarabağ və X6 İstismarı İdarəsinin direktoru Valeh Qaraşova məlumat göndərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 28 noyabr 2025-ci il tarixli, 3-17-5/2-110672/2025 saylı Mil Qarabağ və X6 İstismarı İdarəsinin direktoru Valeh Qaraşova ünvanlanmış məktubundan görünür ki, idarə tərəfindən daxil olan 27 oktyabr 2025-ci il tarixli, 3-53-2-033/2-231/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlərə baxış keçirərkən inzibati xəta əlamətlərinin olduğunun müşahidə edilməsi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixə, saat 12:00-a regional şöbəyə dəvət olunmuşdur; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 02 dekabr 2025-ci il tarixli, 3-17-5/2-111750/2025 saylı Mil Qarabağ və X6 İstismarı İdarəsinin direktoru Valeh Qaraşova ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.) 172-ci maddəsinin 4-cü bəndinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərinin pozulmasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4cü maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə məlumat göndərilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 03 dekabr 2025-ci il tarixli, 3-17-5/2-112009/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə işə baxılmasının xx.xx.2025-ci il tarixdə saat 11:30-a təyin edilməsi barədə Mil Qarabağ və X6 İstismarı İdarəsinə məlumat verilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin X18 Şöbəsinin 12 dekabr 2025-ci il tarixli, 3-17-5/2-116221/2025 saylı Mil Qarabağ və X6 İstismarı İdarəsinin direktoru Valeh Qaraşova ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən 1800 manat məbləğində cərimə edilməsinə dair qərarın surəti Mil Qarabağ və X6 İstismarı İdarəsinə göndərilmişdir; Kürdəmir Rayon Prokurorluğunun xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsində aşağı vəzifəyə keçirilməsinə dair onun adından verilmiş xx.xx.2024-cü il tarixli ərizədə onun qarşısında icra edilən imzanın saxtalaşdırılması barədə müraciəti əsasında hazırda rayon prokurorluğunda araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmə, iş üzrə toplanmış sübutları, tərəflərin izahatlarını və əmək müqaviləsinin məzmununu araşdıraraq müəyyən etmişdir ki, X7 ilə bağlanmış əmək müqaviləsinin şərtləri, xüsusilə həmin müqavilənin müddətli olub-olmaması, habelə müddətli olduğu halda hansı tarixdən başlanması və hansı tarixədək qüvvədə olması əmək müqaviləsinin mətnində hüquqi baxımdan aydın, dəqiq və birmənalı şəkildə göstərilməmişdir. Müqavilədə müddətli əmək müqaviləsinin konkret başlanma və bitmə tarixlərinin açıq şəkildə əks etdirilməməsi əmək münasibətlərinin hüquqi mahiyyətinin müəyyən edilməsinə mane olur və bu hal əmək müqaviləsinin müddətli xarakter daşıdığını təsdiq edən əsaslı sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, X7 uzun müddət ərzində həmin idarədə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmuş, onunla bağlanmış əvvəlki əmək münasibətlərinə xitam verilmədən sonradan yeni vəzifə üzrə əmək münasibətləri davam etdirilmişdir. Məhkəmə hesab edir ki, işçi ilə əvvəl mövcud olmuş daimi əmək münasibətlərinə xitam verilmədən, eyni işəgötürən tərəfindən həmin münasibətlərin formal olaraq müddətli əmək müqaviləsi ilə davam etdirilməsi əmək qanunvericiliyinin tələblərindən yayınma xarakteri daşıyır və əmək münasibətlərinin mahiyyətini dəyişmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iş materiallarında X7 ilə bağlanmış əmək müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhz müddətli əmək müqaviləsi formasında bağlanmasını əsaslandıran hər hansı obyektiv və hüquqi səbəb də müəyyən edilməmişdir. İş materiallarından X3 yerinə yetirdiyi işlərin xarakterinin daimi iş olmasını təsdiq edən hallar mövcuddur və bu işlərin müvəqqəti, mövsümi və ya müəyyən müddət üçün nəzərdə tutulmuş iş olması müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə müəyyən etmişdir ki, işçi ilə eyni işəgötürən arasında əmək münasibətləri uzun müddət fasiləsiz davam etmiş və sonradan həmin münasibətlərə formal olaraq müddətli əmək müqaviləsi kimi hüquqi qiymət verilmişdir. Bu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq beş ildən artıq müddətə davam etdikdə həmin əmək münasibətləri müddətsiz əmək müqaviləsi hesab olunur. Məhkəmə hesab edir ki, bu norma imperativ xarakter daşıyır və tərəflərin razılığı ilə onun tələblərinin aradan qaldırılması mümkün deyildir. Belə olan halda, işəgötürən tərəfindən X7 ilə bağlanmış əmək münasibətlərinə müddətli əmək müqaviləsi kimi hüquqi qiymət verilməsi və əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə, həmçinin, X7 tərəfindən xx.xx.2024-cü il tarixli ərizədə onun adından imzanın saxtalaşdırılması barədə prokurorluq orqanına müraciət edilməsi və həmin müraciət əsasında hazırda araşdırmanın aparılması faktına da hüquqi qiymət verir. Məhkəmə qeyd edir ki, göstərilən araşdırma cinayət-prosessual qaydada aparılan ayrıca hüquqi yoxlamadır və onun nəticəsindən asılı olmayaraq, bu inzibati xəta işi üzrə əsas qiymətləndirilən hal əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunub-olunmamasıdır. Bu baxımdan, prokurorluqda aparılan araşdırmanın mövcudluğu inzibati icraat çərçivəsində əmək qanunvericiliyinin pozulması faktının qiymətləndirilməsinə mane olmur və inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qanuniliyinə xələl gətirmir. Məhkəmə iş üzrə mövcud sənədləri və inzibati orqan tərəfindən toplanmış materialları əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsi üçün kifayət hesab edir. Eyni zamanda, imzanın saxtalaşdırılması ilə bağlı araşdırmanın aparılması iş materiallarında olan sənədlərin etibarlılığına dair şübhələrin mövcudluğunu göstərsə də, bu hal işəgötürən tərəfindən əmək münasibətlərinin müddətli əmək müqaviləsi kimi rəsmiləşdirilməsinin və əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilməsinin qanunvericiliyə uyğunluğunu təsdiq edən sübut kimi çıxış etmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X9 ilə bağlanmış əmək müqaviləsində müddətli əmək müqaviləsinin başlanma və bitmə tarixlərinin aydın göstərilməməsi, habelə əmək münasibətlərinin faktiki olaraq fasiləsiz və uzunmüddətli xarakter daşıması nəzərə alınmaqla, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə müddətin qurtarması əsası ilə xitam verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə zidd olmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmr bilavasitə Mil Qarabağ və X6 İstismarı İdarəsinin rəisi tərəfindən imzalandığından, əmək qanunvericiliyinin pozulmasına görə vəzifəli şəxs qismində inzibati məsuliyyətin onun üzərinə qoyulması əsaslı hesab edilir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X18 Şöbəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilir və həmin qərarın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə də şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində İXM-nin həmin maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X18 Şöbəsi tərəfindən qəbul edilmiş 12 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərardan Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X14 Mil Qarabağ və X6 İstismarı İdarəsinin rəisi X13 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar