Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1170/2023 18.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Fazil oğlunun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxsh Fazil oğlu barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1832466 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Fazil oğlu xx.xx.2023-cü il tarixdə gecə saat 00 radələrində yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi E.Ə.Ağayev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir rayonu Qaraqocalı kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə, saat 00 radələrində yaşadıqları evdə keçmiş əri Şəxsh Fazil oğlu tərəfindən təhqir edildiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmiş, tərəfləri polis şöbəsinə dəvət edərək izahatını almış, əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Fazil oğlu izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu, Qaraqocalı kəndində yaşayır, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə sözləri düz gəlmədiyindən aralarında mübahisə düşmüşdür. Mübahisə evin içində olmuş, mübahisəni onlardan başqa kənar şəxs, yəni qonşulardan eşidən və görən olmamışdır. Zərərçəkmiş şəxs şikayəti əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxsh Fazil oğlu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxsh Fazil oğlu ilə X1 arasında xx.xx.2023-cü il tarixdə, gecə saat 00 radələrində baş vermiş mübahisə evin içində olmuş, mübahisəni onlardan başqa kənar şəxslər görməmiş və eşitməmişdir. Zərərçəkmiş şəxs şikayəti əsasında əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Şəxsh Fazil oğlu tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxsh Fazil oğlunun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsh Fazil oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1170/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1170/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver