Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1176/2023 20.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan Göygöl rayonunun Quşqara kəndində qeydiyyatda olmaqla yaşayan (AA*******) Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA-dan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA-dan daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində «VAZ2107» markalı, 10MM219 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxs X3 maddi zərər vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Göygöl rayonunun Quşqara kəndində yaşayır, nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 14 radələrində etibarnamə ilə idarə etdiyi “«VAZ2107» markalı, 10MM219 dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə Bakı- Qazax yolunda hərəkətdə olarkən ani olaraq idarə etməni itirmiş və X3 məxsus **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol şüşəsinə vurmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş, lakin xəsarət alan olmamışdır. Dəymiş ziyanla bağlı X4 ilə öz aralarında razılığa gəlmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində istifadəsində olan **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən sonradan tanıdığı Şəxs idarə etdiyi «VAZ2107» markalı, 10MM219 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilinin sol şüşəsinə vurmuşdur. Hadisə vaxtı bədən xəsarətləri almamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmşlər, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. - xx.xx.2023-cü il tarixli, 427 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı”na əsasən Şəxs həmin gün yüngül dərəcəli sərxoş olmuşdur. - xx.xx.2023-cü il tarixli, 428 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı”na əsasən X4 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Göygöl rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-1176/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1176/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver