Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1183/2024 11.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kazımov Marif Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Çölqubalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzaibati xatə haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Topalhəsənli kəndində Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, himayəsində azyaşlı övladı var. 10 dekabr 2024-cü il tarixdə özünə məxsus avtomobillə Kürdəmir rayonu Qarasaqqal kəndinə gedərkən idarə etdiyi avtmobili Topaljhəsənli kəndi ərazisində yolun kənarında saxlamış və və bundan 5-10 dəqiqə sonra polis əməkdaşları gələrək niyə avtomobili yolun kənarında saxlamasını soruşmuş, polis əməkdaşları onunla kobud davrandıqları üçün aralarında mübahisə yaranmış və o, avtomobilinə minərək öz yoluna davam etmişdir. Bir az sonra onun arxası ilə gələn Kürdəmir rayon Polis şöbəsinin yol polis əməkdaşalrı onu saxlayaraq Kürdəmir rayon Polis şöbəsinə gətirmişlər. O, polis əməkdaşlarına heç bir tebesizlik göstərməmiş və polisin qanuni tələblərindən yayınmamışdır. Odur ki, barəsində olan inzibat materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, o Kürdəmir rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri işləyir. 10 dekabr 2024-cü il tarixdə saat 15.30 radələrində Kürdəmir rayon Polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Samir Kərimovla 3 saylı postda Köhnəbazar adlanan ərazidə xidmətdə olarkən Kürdəmir rayon Polis şöbəsinin növbətçi hissəsinin göstərişinə əsasən Kürdəmir rayonu Topalhəsənli kəndi ərazisində “Kia” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında şübhəli halda dayandığını bildirdi və onlar həmin ünvana gedib avtomobilin sürcüsünə yaxınlaşaraq özlərini təqdim edib köməklik lazım olubolmamasını soruşmuş, lakin həmin şəxs onlara -siz kimsiz ki, mənə kömək edəsiniz? demiş, onlar adını sonradan bildikləri Şəxs nizim intizama dəvət etmələrinə baxmayaraq, həmin şəxs səbəbsiz yerə onlarla mübahisə etməyə başlamış, onlar da onun şəxsiyyətini müəyyən etmək üçün polis şöbəsinə dəvət etsələr də, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Onlar avtomobilin saxlanılması üçün radiostansiya vasitəsi ilə yol patrul xidməti əməkdaşlarına məlumat vermişlər. Həmin avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq və Kürdəmir RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Davud İlqar oğlunun izahatına uyğun izahat verdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA 000552 nömrəli innzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17.29-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında təqdim edilmiş diskə baxış keçirilmiş, baxış zamanı Şəxs öz nəqliyyat vasitəsinə minərək sürüb getdiyi, orada olan polis əməkdaşlarının ona mane olmaq istədikləri görünür, səs-küy eşidilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normasının dizpozisiyasına əsasən, bu maddə ilə inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı əlamətlərin olması zəruridir: 1) inzibati xəta üzrə zərər çəkmiş polis və ya hərbi qulluqçu olmalı; 2) onlar ictimai qaydanın mühafizə vəzifələrini icra etməli; 3) onların tələbləri qanuni olmalıdır. Bu əlamətlərdən hər hansı birinin olmaması və ya sübuta yetirilməməsi qeyd olunan inzibati xəta tərkibini yaratmır. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ictimai qaydanı pozan hər hansı hərəkətlər edilməmişdir. İctimai qaydanın əsas kompanentləri birgəyaşayış qaydaları, əxlaq normalar, hüquq normaları və qanuni maraq və mənafelər təşkil edir. Barəsində icraat aparılan şəxs tərəfindən ictimai qaydanın hər hansı kompanentinə təhdid olmamışdır. Məhkəmə iclasında müəyyən olunur ki, barəsində icraat aparılan şəxs sahibliyində olan nəqliyyat vasitəsini yolun hərəkətdə olmayan hissəsində dayandırmışdır. Onun bu hərəkətinin hüquqa zidd olduğunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Odur ki, belə nəticəyə gəlinir ki, barəsində icraat aparılan şəxs nəqliyyat vasitəsini qanuni əsaslarla yolun kənarında dayandırmışdır. Polis əməkdaşlarının izahatında barəsində icraat aparılan şəxsin nəqliyyat vasitəsini yolun kənarında saxlamasının şübhə doğurması barədə arqumentlərinə qiymət verərək məhkəmə qeyd edir ki, bunun üçün əsasların olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bu polis əməkdaşının əsaslandırılmayan mülahizəsi olmuşdur. Polis əməkdaşlarının ictimai qayda pozan hər hansı hərəkət və ya hərəkətsizlik olmadan barəsində icraat aparılan şəxsin nəqliyyat vasitəsinə yaxınlaşaraq onunla mübahisəli vəziyyətin yaranmasına səbəb və şərait yaratması onların tələbinin qanuni olmasını istisna edir. Belə ki, tələbin qanuni olması tələbin qanunda nəzərdə tutulmasını nəzərdə tutur ki, İXM-nin 535.1-ci maddəsinə münasibətdə bunun əsasında barəsində icraat aparılan şəxsin ictimai qaydanı pozmağa yönəlmiş hərəkətlərinin olması təşkil edir ki, bu hal da məhkəmə iclasında sübuta yetmir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Onun hərəkətlərində inzibati xəta tərkib olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o məhkəmə zalından dərhal azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Kürdəmir rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-1183/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1183/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver