Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1186/2024 27.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonu, Ərşəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan bir ədəd “Tula” markalı, 16 kalibirli, tək lüləli, R 46215 nömrəli ov tüfəngini əldə edərək saxlamaqla mülki silahın əldə edilməsi qaydasını pozmuşdur. Kürdəmir rayon Polis şöbəsinin İTB-nin baş inspektoru X1 İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, İXM-nin 43-cü maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin o üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə bildirməmiş, məhkəmə baxışının təxirə salınması barədə məhkəməyə vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, məhkəmə inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs əməli İXM-nin 590.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, işdə olan Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Elçin Əzizov xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs ov tüfənginin olması aşkar edilmiş, bununla bağlı araşdırma aparılmış və toplanmış material üzrə hər hansı cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin İctimai Təhlükəsizlik bölməsinə göndərilməsi qərar alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati tənbeh nəzərdə tutulmuşdur. Həmin Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib bir ədəd “Tula” markalı, 16 kalibirli, tək lüləli, R 46215 nömrəli ov tüfəngi müsadirə edilməklə cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bir ədəd “Tula” markalı, 16 kalibirli, tək lüləli, R 46215 nömrəli nömrəli ov tüfəngi müsadirə edilməklə 100 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası cərimə hissəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsində saxlanılan 1 ədəd ”Tula” markalı, 16 kalibirli, tək lüləli, R 46215 nömrəli ov tüfənginin müsadirəsi hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-1186/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1186/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver