Məhkəmə qərarları › İş №3(041)-1192/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1192/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1192/2023 25.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Syfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X3 və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonu Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan- X1 haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : X3 xx.xx.2023-cü il tarixdə, saat 16.50-də Kürdəmir rayonunun Sığırlım kəndidə yerləşən yaşadıqları evdə qaynanası Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı sonuncuya qəsdən vuraraq fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən X3 göstərdi ki, Gülsara onun qaynanasıdır.Münasibətləri normal deyildir. xx.xx.2023-cü iol tarixdə anası Xırda onlara gəlmiş, qaynanası Gülsara onu həyətə buraxmamış və anası Xırda getdikdən sonra o, qaynanası Gülsaradan nəyə görə anasını həyətə buraxmadığını soruşmuş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı əsəsbləşərək əli ilə Gülsaranı itələmişdir. Hazırda o, qaynanası Gülsardan üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Familə onun gəlinidir. Münasibətləri normal deyildir.xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində onlar evdə olarkən Familənin anası Xırda onlara gəlmiş, o, isə Xırdanı evə buraxmaq istəməmiş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Familə əli ilə onun başına bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. O,da əsəbləşərək Familənin onu döyməsi barədə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək şikayət etmişdir. Hal-hazırda Familə onunla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Familə barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 573 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs bədənində aşkar olumuş xəsarətlər: sağ çənə proyeksiyasında iki cızığın küt əşya təsirindən əmələ gəlməsi, xəsarətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və sağölamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı X2 törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, inzibati xəta hadisəsi törədən X3 onunla barışmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsi törədən X2 ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişşəxs zərərçəkmişşəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən X3 Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi iləŞirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar