Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1193/2023 25.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəməmin hakimi X10, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1960-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə radələrində yaşadıqları evdə gəlini X3 döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərərçəkmiş şəxs Familə Atamalıye onun gəlinidir. xx.xx.2023-cü il tarixdə gəlini ilə aralarında mübahisələri düşmüş, mübahisə vaxtı gəlinini vurmuşdur. Mübahisədən sonra gəlini şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda gəlini ilə barışıb, Familə Atamalıyevanın ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs onun qaynanasıdır, xx.xx.2023-cü il tarixdə Şəxs ilə aralarında mübahisə olmuş, mübahisə vaxtı qaynanası onu vurmuşdur. Hazırda qaynanası ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2 izahatlarını dinləyib, həmçinin məhkəməyə təqdim edilən barışıq ərzələrini nəzərə alıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, İclas saat 16:50-də başlandı. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5 gəliblər. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini müəyyən edir. Şəxs: xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutlan hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, öz hüquqlarımı özüm müdafiə edəcəm. Hakim Şəxs Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olubolmamasını soruşur: Etirazı olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Hakim barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında izahat verməyi təklif edir. Şəxs izahatı: - zərərçəkmiş şəxs X5 mənim övladımdır. xx.xx.2023-cü il tarixdə aramızda yaranmış mübahisə qızını X3 döymüşəm, qızımı vurduğuma görə peşmanam, hazırda qızım Aytacla barışmışam, Aytacın mənə qarşı heç bir şikayəti və tələbi yoxdur. S/C - hazırda aqızım Aytacla barışmışam. - Aytacın mənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hakim iş üzrə zərərçəkmiş şəxs qismində X2 şəxsiyyətini müəyyən edir. X5: xx.xx.1998-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsinə əsasən etirazın olub-olmamasını soruşur. Etiraz olmadı. Hakim vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Hakim zərərçəkmiş şəxsə bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-da nəzərdə tutulan xəbərdarlıq və cərimə nəzərdə tutulmasını bildirərək iltizama imza etdirir. Hakim zərərçəkmiş şəxs qismində X4 inzibati xəta haqqında izahat verməyi təklif edir. X2 izahatı: - Şəxs mənim atamdır, xx.xx.2023-cü il tarixdə atam Şəxs ilə aramızda mübahisə olmuş, mübahisə vaxtı atam məni vurmuşdur. Hazırda Şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. Odur ki, atam İlyas Əliyev barəsində olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş etdi. S/C - hazırda Şəxs ilə barışmışam, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. - odur ki, atam İlyas haqqında olan inzibati xəta haqqında iş üzrə icraata verilməsini xahiş edirəm. Hakim işdə olan sənədlər, inzibati xəta haqqında protokol, inzibati xəta haqında işin adiyyəti üzrə göndərilməsi barədə qərardad, izahatlar haqqında məlumat verib, onları ayrıayrılıqda işə baxılmasında iştirak edən şəxslərlə tədqiq etdi. Şəxs və X6 deyilənlərlə bağlı əlavə sübut və vəsatətlərinin olmadığını bildirdilər. Hakim müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 16:50-də bağlı elan olundu. Protokol xx.xx.2023-ci il tarixdə tərtib olundu. Hakim: Katib:
Məhkəmə qərarları › İş №3(041)-1193/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1193/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver