Məhkəmə qərarları › İş №3(041)-1195/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1195/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1195/2023 25.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan (AA*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1602962 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə radələrində küçədə saxlanılaraq üzərindən narkotik maddə olan qurudulmuş marixuana götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki Şəxs narkotik vasitələrin qəbul etməsində şöbhəli olduğundan, xx.xx.2023-cü il tarixdə saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı, şalvarının cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.30 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hərəkətlərində cinayət tərkibi olmadığı üçün Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Əlvan Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır, arabir narkotik maddə olan marixuana istifadə edir. xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində gəzərkən dəmir yolunun yanında yolun kənarında diqqətini bir dədə büküm çəkmiş, yerdən götürüb içinə baxdıqda qrudulmuşmarixuana olduğunu görmüş və özü istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Babək küçəsində piyada gəzərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirib polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində könüllü olaraq şalvarının cibindən içi narkotik vasitə marixuana olan 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 18/1030 nömrəli, xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsinin verdiyi ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.. X2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi 0.10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birtkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0.02 qram sərf olundu və qalıq 0.08 qram qalmışdır. Şəxs əməli özünün etirafı, xx.xx.2023-cü il tarixli ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, narkotik vasitə olan qrudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşakar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.08 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar