Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1198/2025 29.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32341260 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32341260 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 noyabr 2025-ci il tarixdə saat 10:55:50-də idarə etdiyi “KİA CEED” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax- Gürcüstan s.yolu 191-ci km Bakı istiqamətində hərəkətdə heç bir qayda pozuntusuna yol verməməyinə, o cümlədən sürət həddini aşmamağına baxmayaraq barəsinə qanunsuz olaraq Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin həmin yolu faktiki idarə edən sürücü kimi bildirir ki, həmin yol sahəsində sürət həddi 90 km/saatdır və 90 km/saat sürət həddini bildirən yol nişanı ərazidə mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən məhkəməyə müraciət edərək DİN-nin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32341260 saylı qərarın ləğv olunmasına dair müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqana və qərardan şikayət verən şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında iştirak etməmişlər və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə qərarından şikayət verilən orqanın və qərardan şikayət vermiş şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32341260 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında protokol qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilmiş və X3 xx.xx.2025-ci il tarixdə saat 10:55:50-də idarə etdiyi “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolu 191-ci km Bakı istiqamətində hərəkətdə olarkən 70 km/saatda hərəkət edilməsi nəzərdə tutulmuş yolda 91 km/saatda hərəkət etmiş, yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Beləliklə də o, yolda müəyyən edilmiş hərəkət sürətinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32341260 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 32341260 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-1198/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1198/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver