Məhkəmə qərarları › İş №3(041)-1202/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1202/2025

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1202/2025 07.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi göstərişi xx.xx.2025-ci ilədək yerinə yetirilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran RŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirilməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC-yə xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı barədə icrası məcburi göstəriş göndərilmiş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir; “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, məktub Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır; xx.xx.2025-ci il tarixli 3-17-5/2-93762/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsi Şəxs MMC-yə bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilmədiyindən xx.xx.2025-ci il tarixədək regional şöbəyə və ya videokonfrans vasitəsi ilə dəvət məktubu göndərmişdir; “Poçt göndərişlərinin izlənilməsi” sistemindən görünür ki, həmin məktub Şəxs MMCyə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır; xx.xx.2025-ci il tarixli 3-17-5/2-99327/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsi Şəxs MMC-yə xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin olunmuş inzibati xəta üzrə tərtib edilmiş inzibati xəta haqqında işə baxılması, regional şöbəyə və ya videkonfrans vasitəsi ilə dəvət barədə məktub göndərmişdir; xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, elektron əmək müqaviləsinə keçidlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 425 nömrəli qərarının icrasının təmin edilməsi üçün göndərilən xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi göstəriş yerinə yetirilməmiş, nəticədə X1 tərəfindən İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş, 1000 (bir min) manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli sənəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin səlahiyyətləri çərçivəsində verilmiş, icrası məcburi olan göstərişdir. Sözügedən göstəriş əmək münasibətlərinə dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətinə əsasən verildiyindən Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinin predmetinə daxildir. Hüquqi şəxsə icrası məcburi göstəriş çatdırıldıqdan sonra onun icra edilməsinə mane olan hər hansı obyektiv hal, texniki çətinlik və ya əsaslandırılmış səbəb barədə məhkəməyə sübut təqdim edilməmişdir. Bu baxımdan göstərişin icra edilməməsi hüquqi şəxsin təqsirli hərəkətsizliyi kimi qiymətləndirilir. Həmin qərarda inzibati məsuliyyətə cəlb edilmiş X1 Şəxs MMC-nin rəhbəri olmaqla hüquqi şəxsi təmsil etmək və hüquqi şəxsin adından qərar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxsdir. Bu səbəbdən inzibati xəta Azərbaycan Respublikası İXM-nin 18.2.1-ci maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC-yə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kaspi-F» MMC tərəfindən qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin Mərkəzi Aran RŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi göstərişi yerinə yetirilməmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsinə” dair məlumatlardan da görünür ki, sözügedən məktub həmin MMC-yə çatdırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar