Məhkəmə qərarları › İş №3(041)-1207/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1207/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1207/2023 30.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.35-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonunda yerləşən “Çıraq” kafesində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə Kürdəmir ryonunda yerləşən “Çıraq kafesinə getmiş və orada araq içəndən sonra bir az sərxoş olmuş səs-küy salmışdır. Həmin vaxtı və adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona yaxınlaşıb özünü kafenin adminstratoru kimi tqdim edərək ondan sakitləşməsini xahiş etmiş, o, isə sərxoş olduğu üçün öz hərəkətlərinə davm etmişdir. Bir az sonra polis əməkdaşalrı da gəlmiş ona sakitləşməsini tələb etsələr də o, sakitləşməmiş və polislə mübahisə etmişdir. Polis əməkdaşalrı onu Kürdəmir RPŞ-nə aparmaq istəyən o, etirazını bildirərək onların qanuni tələbklərinə tabe olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. O, polis əməkdaşlarından üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonund yerləşən”Çıraq” kafesində admnistrator vəzifəsində işləyir. xx.xx.2023-cü il ttarixdə adını sonradan bildiyi və müştəri kimi kafeyə gəlmiş Şəxs dostları ilə kafeyə gəlmiş və bir az sonra o, kafedə səs-küy salaraq orada istirahət edən vətəndaşların istirahətini pozmuşdur. O, da Xəyala yaxınlaşaraq sakitləşməsini xahiş esə də Xəyal ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. O, Xəyalı sakitləşmədiyini görüb polis şöbəsinə müraciət etmiş, polis əməkdaşları gələrək onu sakitləşdirmək istəsələr də o, sakitləşməmiş və onu zorla polis şöbəsinə aparmışlar. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli,AZA 000269nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20.40-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar