Məhkəmə qərarları › İş №3(041)-1209/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1209/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1209/2023 30.12.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonunda yerləşən “Çıraq” kafesində Zərərçəkmiş şəxs ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostları Zamin və Xalidlə birlikdə Kürdəmir rayonunda yerləşən “Çıraq” kafesinə getmişlər. Onlar az miqdarda araq içdikdən sonra kafedə səs-küy salmış, kafenin admnstratoru onlara yaxınlaşaraq sakitləşmələrini xaiş etsə də onlar sərxoş olduqları üçün sakitləşməmiş və ucadan qəşqıraraq adını sonradan bildiyi Heydəri nalayiq ifadələrlə təhqir etmişdir.Bundan bir az sonra polis əməkdaşalrı gəlmiş və onları Kürdəmir RPŞ-nə apararaq barələrində inzibati xəta haqqında protokol tərtib edərək onları bir gün saxlamışlar. Əməlindən peşmandır. O, Zərərçəkmiş şəxs üzr istəyir. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonund yerləşən”Çıraq” kafesində admnistrator vəzifəsində işləyir. xx.xx.2023-cü il ttarixdə adını sonradan bildiyi və müştəri kimi kafeyə gəlmiş Şəxs dostları ilə kafeyə gəlmiş və bir az sonra o, kafedə səs-küy salaraq orada istirahət edən vətəndaşların istirahətini pozmuşdur. O, da Elnura yaxınlaşaraq sakitləşməsini xahiş esə də Elnur ucadan qışqıraraq nalayiq ifadələrlə onu təhqir etmişdir. O, Elnurun həbs olunmasını istəmir və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə Şəxs inzibati qaydada tutulduğu üçün ona 100 manatın dörddə üçü, yəni 30 manatdan çox inzibati cərimə tənbeh tədbiri tətbiq oluna bilməz. İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli, AZA 000270 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20.50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 30 (otuz) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar