Məhkəmə qərarları › İş №3(041)-1217/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1217/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1217/2025 30.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞnin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X5 izahatında bildirdi ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi etibarnamə əsasında tanışı X3 məxsus **-CD-*** qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə Kürdəmir şəhəri, Vaqif küçəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan, sol zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi **-OC-*** qeydiyyat nişanlı "VAZ-21214" markalı avtomobil ilə toqquşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi törədən zaman Şəxs sürücülük vəsiqəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, sürücülük vəsiqəsi yoxdur, hadisə vaxtı idarə etdiyi **-CD-*** qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil dostu X4 məxsus olmuşdur. Həmin avtomobili idarə etmək üçün har hansı bir etibarnaməsi yoxdur. 16 noyabr 2025-ci il tarixdə saat 16 radələrində Fəridə məxsus avtomobilin açarlarını alaraq şəxsi məqsədləri üçün istifadə etdikdən sonra Kürdəmir şəhəri Vaqif küçəsində üzü Sor- Sor kandi istiqamətində sağ zolaqda saxlamışdır. Ondan qarşıda avtomobil dayandığı üçün avtomobili hərəkətə gətirərək sol zolağa çıxmaq istəmiş, lakin arxadan avtomobil gəlməsinə fikir verməmişdir. Hərəkətini davam etdirib sol zolağa çıxdıqda həmin zolaqla hərəkətdə olan **-OC-*** qeydiyyat nişanlı "VAZ-21214" markalı avtomobilin sağ yan qapısı ilə toqquşmuşdur. Toqquşmadan sonra həm "VAZ-21214" markalı avtomobilə, həm də onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Barəsində cərimə növü ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Şamaxı rayonunda yaşayır, təsərrüfatla məşğul olduğu üçün Kürdəmir rayonu, Sor-Sor kəndinə gəlib-gedir. Öz yolu ilə getdiyi zaman anidən Şəxs onun yoluna çıxmış və nəticədə toqquşmuşlar. Maşınına dəymiş ziyanı maddi olaraq sığorta qarşılayacaq. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs heç bir şikayət və tələbi yoxdur, onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi etibarnamə əsasında tanışı X3 məxsus **-CD-*** qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə Kürdəmir şəhəri, Vaqif küçəsi ilə hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan, sol zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi **-OC-*** qeydiyyat nişanlı "VAZ-21214" markalı avtomobil ilə toqquşaraq Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; xx.xx.2025-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Cəfərov X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar