Məhkəmə qərarları › İş №3(041)-1218/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1218/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1218/2024 23.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi X3, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonu, Mürtülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mürtülü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 334- 1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq - Müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1.8-ci bəndinin tələblərini pozaraq idarə etdiyi “QAZ 2410” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu ərazisindən keçən magistal yolunda hərəkətdə olarkən Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış, onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “QAZ 2410” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Mürtülü kəndində gedərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Yoxlama zamanı onun avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. O, narkotik vasitədən dəqiq tarixi yadında deyil, 2-3 ay qabaq istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş protokolu tərtb edən Vİİİ X6 Xidməti inspektoru polis baş serjantı X1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saaat 10 radələrində xidmətdə olan zaman reyd keçirilmiş və adını sonradan bildiyi Şəxs idarə etdiyi QAZ 2410” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və onun avtomobili sürücülük hüququ olmadan narkotik vasitənin təsiri altına idarə etdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3141 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müyinəsi zamanı onda narkotik vasitələrin, psixatrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayeləridən müəyyən edilməsi faktı aşkar edilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq , Qə r a r a a l d ı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 dekabr 2024-cü tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar