Məhkəmə qərarları › İş №3(041)-1218/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1218/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1218/2025 30.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Kürdəmir rayonu, Mollakənd ə/d, Çərtəyəz kəndində qeydiyyatda olan və yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞnin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı X3 məhkəmə iclasında izahatında bildirdi ki, yol-nəqliyyat hadisəsi faktı əsasında tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü, Kürdəmir rayonu Çərtəyəz kəndində qeydiyyatda olan Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 19:40 radələrində Kürdəmir şəhəri, Babək prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 2107 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən X4 Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə riayət etməyərək ara məsafəsi qaydalarını pozmaqla ondan qarşıda eyni zolaqda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz E240 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arxadan toqquşmaqla maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi törədən zaman Şəxs sürücülük vəsiqəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 07 oktyabr 2025-ci il tarixdə saat təxminən 19:40 radələrində mülkiyyətində olan VAZ 2107 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan özü idarə edərək Kürdəmir şəhəri, Babək prospektində Ağsu rayonu istiqamətində öz yolunda hərəkətdə olarkən onunla eyni zolaqda qarşısında hərəkətdə olan Mercedes Benz E240 minik markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sürətini azaldaraq dayanmış, bu zaman o, ara məsafəsini düzgün seçmədiyindən avtomobilinin ön hissəsi Mercedes Benz E240 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, avtomobilində tək olmuş, heç bir bədən xəsarəti almamış və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Barəsində cərimə növü ilə bağlı inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:40 radələrində Şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 2107” minik markalı, **-BX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Babək prospektində Ağsu rayonu istiqamətində öz yolunda hərəkətdə olarkən onunla eyni zolaqda qarşısında hərəkətdə olan Mercedes Benz E240 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən sürətini azaldaraq dayanmış, bu zaman o, ara məsafəsini düzgün seçmədiyindən avtomobilinin ön hissəsi Mercedes Benz E240 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və nəticədə heç kim xəsarət almamışdır; xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; xx.xx.2025-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir; xx.xx.2025-ci il tarixli “Kürdəmir şəhər avtomobillərə Texniki Xidmət Məntəqəsi”-nin xx.xx.2025-ci il tarixli, 04 nömrəli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs “Mercedes Benz E240” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ümumi ziyan 1360 manat təşkil edir; İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Şəxs İXM-in 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci bəndinə əsasən: Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 2-ci bəndinə əsasən: Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 3-cü bəndinə əsasən: şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirib və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Babaşov X1 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar