Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-122/2024 01.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayon polis şəbəsinin inzibati binasında ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi Ş.H.Abdullayev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kənd sakini Şəxs sərxoş halda yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlrının qanuni tələblərinə tabe olmadığı üçün izahatı alınması üçün polis şöbəsinə gətirilmişdir. Şəxs polis əməkdaşları ilə xoşa gəlməz rəftar edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Nəticədə izahatı alındıqdan sonra toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXMnın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə toy mərasimində olarkən spirtli içki qəbul etmiş və toydan çıxaraq idarə etdiyi avtomobillə yaşadığı ünvana getmək üçün yola çıxmışdır. Həmin vaxt yol hərətkəti qaydalarını pozduğu üçün yol patrul xidmətinin əməkdaşları onu saxlayararaq sənədlərini tələb etmiş, onu sərxoş olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsinə apardıqlarını görüb buna etira etmiş və sərxoş olduğundan polis əməkdaşları ilə kobud rəftar etmişdir. İzahat vermək üçün onu polis şöbəsinə aparmış, şöbədə olarkən spirtli içkinin təsirindən özündən aslı olmayaraq ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, səsə-küyə polis əməkdaşları oraya toplaşmışlar. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, Kürdəmir RPŞ DYPB YPX-nın inspektoru işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhər ərazisində xidmətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “VAZ 2107” markalı **- XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlamışlar, özlərini təqdim etdikdən sonra sürücünün Kürdəmir rayonu Mollakənd sakini Şəxs olduğunu və avtomobili sərxoş halda idarə etdiyini müəyyən etmişlər. Hüququ vəzifələrini izah etdikdən sonra sərxoşluq müayinəsindən keçməsi üçün xəstəxanaya gedərkən həm yolda, sonra isə polis şöbəsinin inzibati binasında onların ünvanına uca səslə nalayiq ifadələr işlətmiş, ictimai qaydaları kobud surətdə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ DYPB YPX-nın inspektoru X2 da şahid X3 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs 31 yanvar 2024-cü il tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-122/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-122/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver