Məhkəmə qərarları › İş №3(041)-1223/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1223/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1223/2024 26.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,M.F.Axundov küçəsi, ev 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə 14 dekabr 2024-ci ildə saat 20.30 radələrində özünə məxsus “Mersedes C220” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Kürdımir şəhəri, H.Əliyev prospekti ilə “dörd yol” dairəsi istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı, 90BD635 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, “Mersedes” markalı,**-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun avtomobili idarə etmək üçün sürücülük hüququ vardır.xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində özünə məxsus idarə etdiyi “Mersedes” markalı avtomobillə Kürəmir şəhəri,H.Əliyev prospekti ilə üzü “saat”dairəsi istiqamətində hərəkətdə olarkən sağa dönüb “Dördyol” istiqamətində hərəkət edərkən qarşı hərəkət zolağına çıxıb adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərər çəkmiş şəxsin avtomobillinə maddi ziyan dəymişdir.O, hadisədən bir gün əvvəl araq içmişdir. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı, polis kapitanı X2 məhkəmə iclasında bildirdi ki, baş vermiş nəqliyyat hadisəsi barədə məlumat daxil olmuş və onlar hadisə yerinə getmişlər. Hadisə yerində olan zaman nəqliyyat vasitəsinin sahibi orada olmuşdur. Avtomobilin sahibi Şəxs avtomobili içkili vəziyyətdə idarə etmiş, idarə edərkən manevr etmə qaydalarını pozmuş və nəticə də, qarşı hərəkət zolağına çıxmaqla Zərərçəkmiş şəxs oğlnun idarə etdiyi “VAZ 2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı sığorta şirkəti ödəyəcəkdir. Zərər çəkmiş şəxs ziyanla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs əvvəllər tanımamışdır. Aralaırında heç bir ədavətləri olmamışdır.xx.xx.2024-cü il tarixdə, saat təxminən 20 radələrində özünə məxsus “VAZ 2107” markalı avtomobili ilə Kürdəmir şəhəri,H.Əliyev prospekti ilə üzü “saat dairəsi” istiqamətində hərəkətdə olarkən dairəyə çatmamış hərəkət zolağında qarşısına “Mersedes” markalı avtoobil çıxmış və onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində diz qapağı azca əzilmiş və Şəxs müalicə xərcini qarşılamış, avtvomiobilinə dəyən maddi zərəri isə sığorta şirkəti ödəyəcəkdir. Onun Şəxs heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Kürdəmir Polis şöbəsinin əməkdaşı, polis kapitanı X2 tərəfindən tərtib İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333.3-cü maddəs ilə düzgün tövsif edilmiş və onun həmin əməli törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsulliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi təqsirli bilinib, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-in BDYP İdarəsinin Ağsu rayonlararası Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar