Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1224/2024 26.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs oğlu barəsində Kürdəmir rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs oğlu xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Bakı şəhərində yaşayır. Fəhləliklə məşğul olur. 2 azyaşlı övladı var. İdarə etdiyi avtomobillə ailəsi ilə birlikdə Bakı-Qazax yolunda hərəkətdə olarkən az yaşlı uşağını avtomobilin qabaq oturacağında əyləşdirdiyi üçün Kürdəmir rayonunda postda polis əməkdaşları onu saxlatdırmış onunla kobud davranaraq avtomobilin açarlarını götürmək istəmişlər. Adını sonrdan bildiyi Orxan adlı yol polis əməkdaşı hətta onun uşağına və ailəsinə də əl qol ataraq o və ailəsi ilə kobud davranmış o, da etirazını bildirmişdir. Bir az sonra digər polis əməkdaşları da gəlmiş və onu Kürdəmir rayon polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarını tələblərinə tabesizlik göstərməmişdir. Özünü təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, BDYPİnin YPXA-nın 7-ci Tağımının YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 18.15 radələrində Kürdəmir ryonu Karrar kəndi ərazisində yerləşən BDYPİ-nin 721 saylı stasionar postunda xidmətdə olarkən,sərnişin daşıma qaydasını pozduğu üçün “Mersedes-Benz G6” markalı,**-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən saxlanılmış.sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş,sürücüyə qayda pozuntusunu izah etmiş və ondan sənədlərini təqdim etməsini xahiş etmişdir. Avtomobilin ön oturacağında əyləşən uşağın neçə yaşlı olduğuinu soruşduqda onun 18 yaşı olduğuu bildirmiş,hmin şəxsin səxsiyyət vəasiqəsini təqdim etməsini xahiş etmiş,lakin sürücü ona işinizin gücünüzn qurtardığını ifadə edərək, ona “Mersedes G63 markalı avtomobil görən kimi üzərinə tullarnırsınız kimi ifadə işlədərək avtomobili hərəkət etdirmək istəyəndə avtomobilin yan aynası onun sol qoluna dəymiş və Pərviz avtomobili saxlamşdır.O. Pərvizə polisin qanuni tələblərinə tabe olmadığı bildiriək onu stasionar postun inzibati binasına dəvət etmiş, onlar stasonar postun inzibati binasına daxil olmuş, Pərviz Zahidovuç postun binasında onun sinəsindən itələyərək onu və postda olan digər polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir.X2 aqresiv hrəkətərini görüb Kürdəmir RPŞ-nin Növbətçi hissəsionə zəng edərək kömək istəmiş və bir az sonra polis əməkdaşları gələrək Pərviz Zahidoviçi məcburi olaraq polis şöbəsinə aparmışlar. O, hazırda şikayətçi deyildir. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Polis şöbəsinin sahə rəisi, X3 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında baxış keçirilmiş diskdən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə Kürdəmir rayonu Karrar qəsəbəsi ərazisində yerləşən stasionar postda onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA 000556 nömrəli inzibati qaydada tutma haqqında prokoldan görünür ki, Şəxs 20.00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Karrar kəndində BDYPİ-nin 721 saylı stasionar postunda ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, şahid ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və şahidi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də o, təqsirləndirilmdiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi qanuni, daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 200 manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Şəxs barəsində tətbiq edilmiş inzibati qaydada tutma ləğv edilsin və o, məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Xətai rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-1224/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1224/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver