Məhkəmə qərarları › İş №3(041)-1228/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-1228/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-1228/2024 27.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon Məhkəməsinin hakimi X2, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, Şəxs barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-1038/2022 saylı məhkəmə qərarından verdiyi vəsatətə və əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİM: Şəxs yol hərəkəti qaydalarını pozduğu üçün barəsində tərtib edilmiş inzibati cəriməni qanunla müəyyən edilmiş 3 ay müddətində ödəməmişdir. Onun Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş, barəsində inzibati protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(041)-1038/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ on ay müddətə məhdudlaşdırılmışdır. Şəxs Kürdəmir rayon məhkəməsinə vəsatət verərək rayon cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam odədiyini və Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-1038/2022 saylı qərarına xitam verilməsini xahiş etmişdir. Şəxs vəsatətə əlavə etdiyi qəbzdən görünür ki, cərimə və dəbbə pulunu ödəmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, Şəxs vəsatəti əsaslı olduğu üçün təmin edilməli və barəsində olan xüsusi hüququn məhdudlaşdırılması haqqında qərara xitam verilməlidr. Belə ki, Şəxs yol hərəkəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozdüğu üçün inzibati qaydada cərimə edilmişdir. Sonradan inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam olaraq ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyinə görə barəsində olan inzibati tənbeh vermə haqqında qərara xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinin tələbinə görə barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Həmin Məcəllənin 52.2-ci maddəsində göstərilir ki, vəsatət yazılı formada verilir və ona dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 153.4-cü maddəsində göstərilir ki, xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-130 və 152-153-cü maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİM : Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında Kürdəmir rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 3(041)-1038/2022 №-li qərarına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN -nin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar