Məhkəmə qərarları › İş №3(041)-125/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-125/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-125/2023 03.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X6 tələbkar Zərərçəkmiş şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsul iyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X3 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-840/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliemt tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2022-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq X5 qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. X1 alimenti tam ödəməmiş və onun 2700 manat aliment borcu yaranmışdır. Alimentin ödənilməsi ilə bağlı şöbəyə dəvət olunmuş və izahatı alınarkəın bir müddət işsiz olduğu üçün alimenti ödəyə bilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, tələbkara 300 manat ödəniş etmişdir.Qalan aliment borcunu hissə-hissə ödəyəcəyi ilə bağlı tələbkarla aralarında razılıq əldə etmişdir. Şəxs icra məmurunun çağırışlarına vaxtında gəlmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 2 uşağın saxlanması üçün hər ay cəmi 300 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, əvvəllər işlədiyi üçün alimenti ödəmiş, onun aliment borcu olmamışdır. Son aylarda səhhəti ilə əlaqədar işləyə bilmədiyi üçün onun aliment borcui yaranmışdır. O, hazırda işləyir və barəsində protokol tərtib edildikdən sonra o, 2700 manat aliment borcundan 300 manat ödəmiş,qalan borcu da hissə-hissə ödəməsi ilə bağlı tələbkarla aralarında razılaşmışlar. O, məhkəmə qətnaməsinin icra olunmaması barədə öz məsuliyyətini başa düşür və məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Onun heç bir qərəzi yoxdur ödədiyi pulu da öz övlasdlarına ödəyir. Odur ki, barəsində olan inzibati protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs ifadəsində Şəxs 2700 manat aliment borcundan 300 manat ödədiyini, qalan borcu da hər ay ödəyəcəyi barədə aralarında azılaşmışlar. O, Şəxs cəza verilməsini istəmir, odur ki, onun barəsində olan inzibati protokola xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati icraat açılmış Şəxs, icra məmuru Məhərrəm Şirnaliyevin və tələbkar Zərərçəkmiş şəxs izahatlarını dinləyib hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-840/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliemt tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Kürdəmir rayon məhkəməsiin 2022-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq X5 qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. X1 alimenti tam ödəməmiş və onun 2700 manat aliment borcu yaranmışdır. Alimentin ödənilməsi ilə bağlı şöbəyə dəvət olunmuş və izahatı alınarkəın bir müddət işsiz olduğu üçün alimenti ödəyə bilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, tələbkara 300 manat ödəniş etmişdir.Qalan aliment borcunu hissə-hissə ödəyəcəyi ilə bağlı tələbkarla aralarında razılıq əldə etmişdir.Şəxs barəsində olan inzibati materiala xitam verilməsini xahiş edir və tələbkar da etirazını bildirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar