Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-125/2024 02.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,Aran qəsəbəsində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Kürdəmir rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, yaşadığı ünvana yaxın yerdə yerləşən çayxanada dostıarı ilə çay içərkən polis əməkdaşları gələrək özlərini təqdim etmiş və baş vermiş hadisədə şübəli olduğunu bildirərək onlarla birlikdə polis şöbəsiə getmək lazım olduğunu demişlər. O, da heç bir söz demədən polis əməkdaşlarının avtomobilinə minib Kürdəmir RPŞ-nə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişlər. Polis əməkdaşları çayxanaya gələndə orada rayon adamları da olmuşlar və onun heç bir xırda xuliqanlıq göstərmədiyini şahidi olmuşlar. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ CAB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rayon ərazisində baş vermiş hadisədə şübhəli olan Şəxs onlar axtarsalar da onun yerini müəyyən etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə onun Kürdəmir rayonu ərazisində yerləşən çayxanada olması barədə məlumat daxil olmuş və həmin çayxanaya gedərək Şəxs polis şöbəsinə dəvət etmişlər. Onlar Rəvanı polis şöbəsinə dəvət edəndə Rəvan ucadan qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydadnı pozmamış və fiziki şəxslər üzərində heç bir zor tətbiq etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin və o,dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-125/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-125/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver