Məhkəmə qərarları › İş №3(041)-128/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-128/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-128/2024 14.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6004632 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində əri X1 məxsus “Mercedes BENZ C180” markalı, **-NA-*** qeydiyyat nişanlı minik avtomobilini Kürdəmir şəhəri Heydər Əliyev prospekti ilə idarə edərkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2106” markalı **-GJ-*** qeydiyyat nişanlı minik avtomobilinin hərəkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə R.İsrəfilovun sol əlin 3-cü barmağının əsas falanqasının xətti sınığı kimi yüngül zərərvurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta törədən şəxs Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 35 nömrəli rəyində göstərilmişdir ki, 1988-ci il təvəllüdlü Şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar olunmadı. Məhkəmə-tibb ekspertinin xx.xx.2024-cü il tarixli 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər, sol əlin 3-cü barmağının əsas falanqasının xətti sınığı küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2024-ci il tarixli 05 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. xx.xx.2024-ci il tarixli 06 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından” görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün BC kateqoriyalı AE 953893 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Şəxs avtomobili idarə etmək üçün B1,B kateqoriyalı BA 061740 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, onun nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 153.3-cü maddəsinə görə xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar