Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-133/2024 14.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2023-cü il tarixli EQ 17562945 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş EQ17562945 nömrəli elektron qərardan şikayət verdiyi üçün həmin tarixli qərardadla şikayətə baxılanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. “AsanPay” ödəniş sistemindən çıxarılmış çıxarışdan görünür ki, EQ 17562945 nömrəli elektron qərarla bağlı sistemdə axtarış edilmiş və sistemdə həmin qərarın mövcud olmadığı müəyyən edilmişdir. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığı üçün xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol EQ 17562945 nömrəli elektron qərara əsasən tərtib edilmiş və Şəxs şikayəti əsasında həmin qərar ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol “AsanPay” ödəniş sistemində mövcud olmayan EQ17562945 nömrəli xx.xx.2023-cü il tarixli elektron qərara əsasən tərtib edildiyi üçün hazırki vəziyyətdə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-133/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-133/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver