Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-138/2023 06.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, ş/v seria- ******** Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri H.Əliyev prospektində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla Kürdəmir rayonu, Atakişili kəndində yaşayır, psixi xəstəlikdən əziyyət çəkir və mütamadi olaraq müalicə olunur. Bir müddət əvvəl yol hərəkəti qaydalarını pozduğu üçün Kürdəmir RPŞ DYPB-nın əməkdaşları tərəfində inzibati qaydada cərimə edilmişdir. xx.xx.2023-cü il tarixə atası ilə birlikdə atasının idarə etdiyi avtomobillə Kürdəmir şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən cərimə edilməsini atasına demişdir, həmin vaxt yollarının üstünə yol polisi əməkdaşlarının dayandığını görə atası avtomobili saxlayaraq polis əməkdaşları ilə salamlaşmış və ona cərimə yazılması ilə bağlı məsələni aydınlaşdırmaq istəmişdir. Aralarında söhbət gedərkən yol polisi əməkdaşlarının atası ilə kobud danışdıqlarını görmüş və avtomobildən düşərək aranı sakitləşdirmək istəyərkən polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq olmuşdur. Həmin vaxt polis əməkdaşları izahat verməsi üçün onu polis şöbəsinə dəvət etmiş, əvvəl getmək istəməsədə sonradan polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aralarında olan anlaşılmazlıqdan sonra polis əməkdaşlarına müraciət edərək onlardan üzür istəmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında bildirdi ki, Kürdəmir RPŞ DYPB-nın əməkdaşları nəfəri işləyir, bir müddət əvvəl işiqforun qırmızı işığının tələblərini pozduğu üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat saat 11 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində xidmətdə olarkən Şəxs atası Qasım Mahmudov onlara yaxınlaşaraq Çılqının cərimə edilməsi barədə məlumat toplamaq istədiyini bildirmiş və aralarında gedən söhbət əsnasında Çılqın Qasımovda onlara yaxınlaşaraq ucadan səs-küy salmış, onlarla kobud rəfdar etmişdir. Oraya gələn post patrul xidmətinin əməkdaşları Şəxs sakitləşdimək istəmişlər və onu izhat verməsi üçün polis şöbəsinə dəvət etmişlər, lakin nizam intizama dəvət etmələrinə baxmayaraq Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə onu məcburi qaydada polis şöbəsinə apararaq izahatını aldıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mübahisədən sonra Şəxs onlardan üzür istəmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Hesab edirəm ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilkəməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000069 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 12.00-da inzibati qaydada tutulmuş və həmin tarixdə saat 13.30-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüzi) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-138/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-138/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver