Məhkəmə qərarları › İş №3(041)-139/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-139/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-139/2025 17.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra şöbəsindən daxil olmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-403/2020 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlnması üçün xx.xx.2020-ci ill tarixdən başlayaraq cavabdeh Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və borcunu ödəməsi təklif olunmuş, lakin o, borcunu ödəməmişdir. Onunla əlaqə saxlanılmış, borcunu ödəməsi tələb olunmuş və cavab olaraq borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Ona görə də borclu icra işi ilə bağlı Kürdəmir rayon icra və Probasiya şöbəsinə çağırılmışdır. O, xx.xx.2025-ci il tarixində bu çağırışa gəlmişdir. Borclu Şəxs həmin tarixdə izahatı alınmışdır. O, izahat verərək borcunu tam ödəməsinə imkanı yoxdur. Onun 450 manat aliment borcu qalmışdır. Ona qərarı tam icra etmək məcburiyyətində olduğu bildirilsə də qərarı icra etməmiş və bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməkdən heç bir üzrlü səbəblər göstərmədən, qərəzli olaraq imtina etmişdir. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-403/2020 saylı icra sənədinə əsasən ondan 100 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. O,əvvəllər işlədiyi üçün ödəniş etmişdir. Sonrdan işləmədiyi üçün alimenti ödəyə bilməmiş və onun borcu yaranmışdır. Onun cəmi 450 manat aliment borcu vardır və əgər ona vaxt verilərsə o, borcunu tam ödəyəcəkdir. O, icra sənədinin icrasında boyun qaçırmır. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Kürdəmir rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)-403/2020 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək sasxlnması üçün xx.xx.2020-ci ill tarixdən başlayaraq cavabdeh Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və borcunu ödəməsi təklif olunmuş, lakin o, borcunu ödəməmişdir Onunla əlaqə saxlanılmış, borcunu ödəməsi tələb olunmuş və cavab olaraq borcunu tam ödəyə bilməyəcəyini bildirmişdir. Ona görə də borclu icra işi ilə bağlı Kürdəmir rayon icra və Probasiya şöbəsinə çağırılmışdır. O, xx.xx.2025-ci il tarixində bu çağırışa gəlmişdir. Borclu Şəxs həmin tarixdə izahatı alınmışdır. O, izahat verərək borcunu tam ödəməsinə imkanı yoxdur. Onun 450 manat aliment borcu qalmışdır. Ona qərarı tam icra etmək məcburiyyətində olduğu bildirilsə də qərarı icra etməmiş və bununla da icra məmurunun qanuni tələbini yerinə yetirməkdən heç bir üzrlü səbəblər göstərmədən, qərəzli olaraq imtina etmişdirTələbkar borcun hamısı tələb edir. Odur ki, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(041)- 403/2020 saylı icra sənədinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək sasxlnması üçün xx.xx.2020-ci ill tarixdən başlayaraq cavabdeh Şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkara olan borcundan bir qismini ödəmiş, qalanını isə ödəyəcəyini bildirmişdir. Bu isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar