Məhkəmə qərarları › İş №3(041)-141/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-141/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-141/2023 04.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.35 Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Cəyli kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1579/2021 saylı icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1579/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 1150 manat aliment borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilib Kürdəmir rayon məhkəməsinə gətirilsə də Şəxs məhkəmə iclasında aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə uşağın mənafeyini üstün tutaraq Şəxs ödəniş etmək üçün vaxt versə də o, cəmi 100 manat ödəniş etmiş və məhkəmədən qaçıb gizlənmişdir. Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2021-ci il tarixli icra sənədindən məlumatı vardır. Özü bir müddət işləmiş, sonrdan işləmədiyi üçün aliment borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə məhkəmə aliment borcunu ödəmək üçün ona vaxt versə də o, qaynaqçı işədiyi üçün gözləri zədələnmiş və həmin müddətdə işləməmiş və aliment borcundan heç bir ödəniş edə bilməmişdir. Hazırda onun aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Əgər ona vaxt verilərsə o, biorcunu ödəyəcəkdir. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1579/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 1150 manat aliment borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilib Kürdəmir rayon məhkəməsinə gətirilsə də Şəxs məhkəmə iclasında aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə uşağın mənafeyini üstün tutaraq Vüssal Səfərliyə ödəniş etmək üçün vaxt versə də o, cəmi 100 manat ödəniş edərək, qalan borcunu ödəməmiş və məhkəmədən qaçıb gizlənmişdir. Barəsində axtarış elan edildikdən sonra o, bu gün, yəni xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tapılaraq məhkəməyə gətirilmişdir. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmiş, lakin məhkəmə ona vaxt verildiyini həmin müddət ərzində aliment borcunun ödənilməsi istiqamətində təşəbbüs göstərməməklə gözünün zədələndiyini göstərmişdir. Bundan əlavə barəsində inzibati icraat açılmış şəxs Şəxs barəsində axtarış elan edildikdən sonra Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq məcburi qaydada gətirilmişdir. Şəxs borcunu tam ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1579/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar