Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-141/2024 06.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Kürdəmir rayonu Sığırlı kəndində ucadan nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi S.R.Rzayev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayonu, Sığırlı kənd sakini Şəxs yaşadığı kəndin ərazisindən keçən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, həmçinin polis əməkdaşları ilə xoşa gəlməz rəftar edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyi üçün polis şöbəsinə gətirilmişdir. İzahatı alındıqdan sonra toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomobillə yaşadığı Kürdəmir rayonu Sığırlı kəndindən Bakı-Qazax-Gürcüstan magstral yoluna çıxarkan yol hərəkəti qaydalarını pozduğu üçün onu yol polisi əməkdaşları saxlamışlar, sənədlərini tələb etmişlər, aralarında gedən söhbət əsnasında əsəbləşdiyi üçün polis əməkdaşları ilə kobud rəftar etmiş və ünvansız nalayiq ifadə işlətmişdir. Həmin vaxt ətrafa kənd sakinləri və polis şöbəsinin əməkdaşarlı toplaşmışdır. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Kürdəmir RPŞ DYPB YPX-nın inspektoru işləyir, xx.xx.2024-cü il tarixdə saat 9-20-də DYPB YPX-nın inspektorları ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndi ərazisində xidmətdə olan zaman “VAZ 21214” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax- Gürcüstan magistral yolunun Sığırlı kənd ərazisində birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyi üçün həmin avtomobilə yaxınlaşıb qayda pozuntusunu ona izah etmiş, barəsində protokol tərtib etmək üçün sənədlərini ondan tələb etmiş və barəsində İXM-nin 327.4-cü maddəsi ilə protokol tərtib etmişdir. Şəxs ona cərimə yazıldığını görüb, ətrafda olan kənd sakinlərinin eşidəcəyi yüksək səslə onların ünvanına söyüşlər söyməyə başladı və protokolu nümayişkarcasına əzib atmış, etdikləri xəbərdarlıqlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməklə ictimai qaydanı kobud surətdə pozmuşdur. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-141/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-141/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver