Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-143/2023 10.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir şəhəri,H.B.Zərdabi küçəsi,ev 2-dərayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə ov qaydalarının kobud şəkildə pozaraq lazımi icazə olmadan Kürdəmir rayonu Pirili kəndi ərazisində özünə məxsus 1 ədəd “Aselkon” markalı, 12 çaplı, 74-H21YT-002494 nömrəli yivsiz ov tüfəngi ilə ov qaydalarını pozmaqla 02 ədəd çöl ördəyi ovlayaraq təbiətə 5 manat 20 qəpik maddi ziyan vurmuşdur. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş Şəxs bildirdi ki, o, Kürdəmir şəhərində yaşasa da onu Kürdəmir rayonunun Pirili kəndində qohumları vardır. O, xx.xx.2023-cü il tarixdə qohumlarıgilə gedərkən özünə məxsus və adına sənədləşdirilmiş “Aselkon” markalı, 12 çaplı, 74-H21YT-002494 nömrəli yivsiz ov tüfəngini də özü ilə götürmüş və o, kəndə çatmağa az qalmış yolun qırağında şöl ördəyi görmüş və onlardan birinə atəş açaraq vurmuşdur. Həmin vaxt yaxınlıqda olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra o, silahın sənədlə ona məxsus olduğunu bildirmiş və həmin tüfəngi və ovladığı 01 ədəd çöl ördəyini polis əməkdaşlarına təhvil vermişdir. O, çöl ördəyinin ovlanmasının qanunsuz olmasını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün səmimi etirafı, onun barəsində tərtib olunmuş inzibati protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini, onun ilk dəfə inzibati xəta hadisəsi törətməsini, məsuliyyəti yüngülləşdirən halları habelə habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 08 ay müddətə ov hüququnun məhdudlaşdırılmasını qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 08 (səkkiz) ay müddətə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-143/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-143/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver