Məhkəmə qərarları › İş №3(041)-143/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-143/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-143/2024 06.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli şəhəri,R.Bağırov küçəsi,ev 3-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü İmişli rayonunda yaşayır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonuna gələrklən avtomobildə pivə içmış və Kürdəmir rayonu ərazisində Yol Patrul işçiləri onlara saxla işarəsi vermiş, onlar, isə pivə içdiyi üçün qorxmuş və avtomobili saxlamayaraq oradan uzaqlaşmaq istəmişlər. Yol Patrul işçiləri onkların arxasında gəldiyini görüb avtomobili saxlayaraq yerə düşüb qaçmağa başlasalar da onları yaxlamışlar. Onu polis şöbəsinə gətrimək istəyəndə o, polis şöbəsinə gəlmək istəməmiş və etirazını bildirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İlk dəfədir ki, inzibati xəta törədir və bir daha belə hallara yol verməyəcəkdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il taridə,saat 21.50-də Kürdəmir RPŞ DYPB YPX-nin inspektoru Zaur İbrahimov 7657 saylı radoirabitə vasitəsi iə onlara müraciət edərək “VAZ 2106” markalı,**-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kobud qayda pozuntusu törədək yüksək sürətlə hərəkətdə olduöunu bildirib və onların saxla işarəsinə məhəl qoymayaraq hərəkətə olması barədə məlumat vermişdir. O, da həmin avtomobilin qarşıdan gəldiyini görüb ona saxla işarıəsi versə də adını sonradan bildiyi Şəxs avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. O, avtomobili təqib etmiş və anidən Tural Allahvediyev avtomobili saxlayaraq yerə düşüb qaçmağa başlamış və o, da Şəxs arxasında qaçmış və onu yaxlamışdır. Onu məcburi qaydada polis şöbəsinə gətirdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələrisi,hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmədə inzibati xəta törədən Şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən eilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əklavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000288 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 23.50də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və dərhal məhkəmə iclas zalında həbsdən aza edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar