Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-145/2024 06.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1991-ci İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İmişli rayonu Mərzəli kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024cü il tarixdə Kürdəmir şəhəri ərazisində Kürdəmir RPŞ DYPB YPX-nin inspektoru X1 ünvanına ucadan qışqıraıb nalayiq ifadələrlə təhqir edərək, ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X1 raportu əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, özü İmişli rayonunda yaşayır və taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonuna gələrklən avtomobildə pivə içmış və Kürdəmir rayonu ərazisində Yol Patrul işçiləri ona saxla işarəsi vermiş, o, isə pivə içdiyi üçün qorxmuş və avtomobili saxlamayaraq oradan uzaqlaşmaq istəmişdir. Yol Patrul işçiləri onun arxasında gəldiyini görəüb avtomobili saxlayaraq yerə düşüb qaçmağa başlasa da onu yaxlamışlar. Onu polis şöbəsinə gətrimək istəyəndə o, əsəbləşərək adını somradan bildiyi Elnur Hasilovun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı o, sərxoş olmuş öz hərəkətlərinin mahiyyətini başa düşməmişdir. O, Elnur Hasilovdan və bütün polis əməkdaşlarından üzr istəmişdir. İlk dəfədir ki, inzibati xəta törədir və bir daha belə hallara yol verməyəcəkdir.. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ DYPB YPX-də inspektor vəzifəsində işləyir.xx.xx.2024-cü il taridə,saat 21.50-də Kürdəmir RPŞ DYPB YPX-nin inspektoruZaur İbrahimov 7657 saylı radoirabitə vasitəsi iə onlara müraciət edərək “VAZ 2106” markalı,**-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kobud qayda pozuntusu törədək yüksək sürətlə hərəkətdə olduöunu bildirib və onların saxla işarəsinə məhəl qoymayaraq hərəkətə olması barədə məlumat vermiş dir. O, da həmin avtomobilin qarşıdan gəldiyini görüb ona saxla işarıəsi versə də adını sonradan bildiyi Şəxs avtomobili saxlamamış və hərəkətinə davam etmişdir. O, avtomobili təqib etmiş və anidən Şəxs avtomobili saxlayaraq yerə düşüb qaçmağa başlamış və o, da Şəxs arxasında qaçmış və onu yaxlamışdır.Bundan sonra Murad sərxoş olduğu üçün ucadan qışqıraraq onu nalaiq ifaələrlə təhqir etmişdir.O, da Şəxs məcburi qaydada Kürdəmir RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, ərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Mədət Muradova inzibati tənbeh tətbiq edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə, yəni 50 manat məbləğdə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat cərimə cəzası saxlanılsın, o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-145/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-145/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver