Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-146/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1359685 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Emil Market” adlı ərzaq mağazasından dəyəri 15 manat olan 1 ədəd 2 litrlik Möcüzə” adlı duru yağı xırda talamaqla özgəsinin əmlakını oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı zəif olduğu üçün oğurluq etmək qərarına gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Emil Market” adlı ərzaq mağazasına daxil olmuş və oradan dəyəri 15 manat olan 1 ədəd 2 litrlik Möcüzə” adlı duru yağı paltarının altında gizlədib marketdən çıxmaq istəyərkən qapının yanında marketin əməkdaşları onu saxlamış və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, uzun müddətdir Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Emil Market” adlı ərzaq mağazasında çalışır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində marketdə olarkən sonradan tanıdığı Şəxs marketə daxil olduğunu və marketdən 15 manat dəyərində 1 ədəd 2 litrlik Möcüzə” adlı duru yağı oğurlayıb paltarının altında gizlədərək marketi tərk etdiyini görmüş, həmin vaxt marketin qapısında Şəxs saxlayaraq marketdən oğurladığı yağı götürmüş, iradını bildirdikdən sonra DİN-nin102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurladığı yağı ondan geri alsa da, gələcəkdə belə halların baş verməməsi üçün Şəxs şikayətcidir, odur ki, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Şəxs törətdiyi xırda talama növündə inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarxli, AZA 000071 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21.30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 06 fevral 2023-cü il tarixdən, saat 21.30-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-146/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-146/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver