Məhkəmə qərarları › İş №3(041)-148/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-148/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-148/2023 08.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1359677 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin saxlamasında və daşımasında əsaslı şübhələr olduğuna görə şübhəli şəxs qismində tutularaq, üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarın cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0.23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin çəki cinayət tərkibi yaratmadığı üçün, barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN1359677 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu Mürtülü kəndində yaşayır, az müddətdir ki, narkotik vasitə olan qrudulmuş marixuanadan istifadə edib. Təxminən 1 ay əvvəl tanışı Əlövsət Baxşıyev ondan 15 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixdə Əlövsətdən borc verdiyi pulun müqavilində qurudulmuş marixuana gətirməsini istəmiş, aralarında razılıq əldə olunduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 12.00-da Kürdəmir rayonu Mürtülü kəndi ərazisində Əlövsətdən 15 manat pulun qarşılığında 01 ədəd kağız bükümdə narkotik maddə olan qurudulmuş marixuana almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 17.30 radələrində Kürdəmir şəhəri, Babək prospektində yol ilə gedərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakı ilə üzərində axtarış aparılmış və əynində olan şalvarın cibindən içi narkotik vasitə marixuana olan 01 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, 18/1214 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X1 rəyindən görünür ki, “...Şəxs üzərindən...“sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0.23 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, xalis çəkisi 0.23 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarında əldə edib özündə saxlamışdır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0.23 qram olan qurudulmuş marixuananın maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 0.23 qram qurudulmuş marixuananın maddi subut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar