Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-148/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi F.Z.Kərimli inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün göstərdi ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin icraatında olan KK-1-205 nömrəli materialla bağlı izahatını almaq üçün Şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Şəxs sərxoş vəziyyətdə onları qarşılamış, ona hüquq vəzifələrini izah etdikdən sonra barəsində olan şikayətlə bağlı izahat verməli olduğunu bildirmişlər və şöbəyə getməli olduğu izah etmişlər. Həmin vaxt Şəxs ucadan səs-küy salaraq şöbəyə getməkdən və izahat verməkdən imtina etmiş, nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə inzibati qaydada tutularaq polis şöbəsinə aparılmış, ondan müvafiq izahat alınmış, əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, bir müddət əvvəl anası onun barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək barəsində olan şikayətlə bağlı izahat verməli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt sərxoş olduğu üçün özündən aslı olmayaraq polis əməkdaşları ilə mübahisə edərək, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Əməlindən peşimandır və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı X2 ifadəsində bildirdi ki, Kürdəmir rayon polis şöbəsinin icraatında olan KK-1-205 nömrəli materialla bağlı izahatını almaq üçün xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı ünvana getmişlər. Onları Şəxs sərxoş vəziyyətdə qarşılamış, hüquq və vəzifələrini izah etdikdən sonra Şəxs şöbədə olan materialla bağlı izahat verməli olduğunu bildirmişlər və şöbəyə getməli olduğunu izah etmişlər, lakin Şəxs onlarla kobud rəftar edərək ucadan səs-küy salıb şöbəyə getməkdən və izahat verməkdən imtina etmiş, nizam-intizama dəvət etmələrinə baxmayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə çətinliklədə olsa onu polis şöbəsinə aparıb izahatını almışlar. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000292 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 19.00-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-148/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-148/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver