Məhkəmə qərarları › İş №3(041)-149/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-149/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-149/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 12.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə 02.05.198-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 581/2022 saylı icra sənədini icra etməmiş və barəsində AR. İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, ümumilikdə 200(iki yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxsı qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 1270 manat aliment borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilib Kürdəmir rayon məhkəməsinə gətirilsə də Şəxs məhkəmə iclasında aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə uşağın mənafeyini üstün tutaraq Şəxs ödəniş etmək üçün vaxt versə də o, ödəniş etməmiş və məhkəmədən qaçıb gizlənmişdir. Şəxs qərəzli olaraq icra vərəqsinin icrasından yayınır. Odur ki, barəsində onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2022-ci il tarixli icra sənədindən məlumatı vardır. Özü heç bir yerdə işləmir. həmin pulu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfindən ona vaxt verilsə də o, cəmi 300 manat ödəniş edə bilmişdir. Qalan borcu ödəməyə imkanı yoxdur. Beləliklə, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, ümumilikdə 200(iki yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxsı qızına ödənilməsi qət edilmişdir. İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədləri üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, lakin o, qərəzli olaraq icra vərəqəsini tam icra etməmiş onun icra sənədi üzrə 1270 manat aliment borcu qalmışdır. Barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilib Kürdəmir rayon məhkəməsinə gətirilsə də Şəxs məhkəmə iclasında aliment borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmiş, məhkəmə uşağın mənafeyini üstün tutaraq Şəxs ödəniş etmək üçün vaxt versə də o, ödəniş etməmiş və məhkəmədən qaçıb gizlənmişdir. Barəsində axtarış elan edildikdən sonra o, bu gün tapılaraq məhkəməyə gətirilmişdir. Barəsində inzibati icraat açılmış şəxs məhkəmədə verdiyi ifadəsində də borcun ödənilməsi ilə bağlı şəxsən heç bir təşəbbüs göstərməməklə özünün heç bir yerdə işləmədiyini göstərmişdir. Bundan əlavə barəsində inzibati icraat açılmış şəxs Şəxs məhkəmə tərəfindən verilmiş vaxtda cəmi 300 manat ödəniş etsə də məhkməyə gəlməmiş, ona görə də barəsində axtarış elan edildikdən sonra Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən tapılaraq məcburi qaydada gətirilmişdir. Şəxs işsiz olduğunu əsas gətirərək borcunu ödəyə bilməyəcəyini bildirərək öz hərəkətləri ilə məhkəmə qarşında qətnamənin icrası ilə bağlı qərəzli mövqeyini nümayış etdirir və birbaşa olaraq icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022 il tarixli, 2(041)- 581/2022 saylı icra vərəqəsinə əsasən Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-581/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat olmaqla, ümumilikdə 200(iki yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxsı qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini vəşəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar