Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-149/2024 08.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 4058/2022 saylı və notariat ofisinin 185 və 4534 nömrəli icra sənədlərini icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi əsaslandıraraq bildirdi ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4058/2022 saylı icra sənədinə əsasən 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay 193 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməsi, həmçinin notariat ofisinin 185 və 4534 nömrəli icra qeydlərinə əsasən ondan 878.52 manat və 236 manat tutularaq Bank of Baku ASC-yə ödənilməsi müəyyən edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu tələbkarlara olan borcunu ödəməkdən yayınmış, nəticədə 1330 manat aliment borcu və 1114.52 manat ödənilməmiş bank borcu yaranmışdır. Tələbkarın şikayətləri əsasında borclu onun dəvətilə Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət olunmuş, lakin borclu icra və probasiya şöbəsinə gəlməkdən yayındığı üçün barəsində axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşalrı tərəfindən tutularaq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində olan icra sənədindən məlumatı var, 2023-cü ilə oktyabr ayına kimi alimenti tam şəkildə ödəmiş, sonradan tələbkarla öz aralarında şifahi razılıq əldə etmiş, aliment borcunu tələbkara hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin sonradan xəstələndiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Bundan başqa icra qeydi üzrə olan borcundan heç bir ödəniş edə bilməmişdir. Bu günə tələbkara olan aliment borcu 1330 manat, banka olan borcu isə 1114.52 manat təşkil edir. Bundan sonra imkanı daxilində borcunu ödəmək üçün tədbirlər görəcək. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4058/2022 saylı icra sənədinə əsasən 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay 193 manat aliment tutularaq ona ödənilməsi qət olunub. 2023-cü ildə borclu borcundan müəyyən qədər ödəniş etmiş, lakin sonradan ödəniş etməmişdir. Hazırda onun 1330 manat borcu var. Alimentin ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqlnda protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4058/2022 saylı icra sənədinə əsasən 1 nəfər uşağın yetkinlik yaşına çatana kimi borclu Şəxs hər ay 193 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməsi, həmçinin notariat ofisinin 185 və 4534 nömrəli icra qeydlərinə əsasən ondan 878.52 manat və 236 manat tutularaq Bank of Baku ASC-yə ödənilməsi barədə qərar qəbul olunmuşdur. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu Şəxs bu günə kimi icra sənədini icra etməmiş, icra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmiş, nəticədə 1330 manat aliment borcu və 1114.52 manat banka olan borcu yarandığından onun barəsində Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4058/2022 saylı icra sənədinin və notariat ofisinin 185 və 4534 nömrəli icra qeydinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi və onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğu müəyyən olunur. Belə ki, borclu Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli surətdə boyun qaçırmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, icra sənədi üzrə heç bir ödəniş etmədiyini, icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini qəsdən icra etmədiyinə görə, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-149/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-149/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver