Məhkəmə qərarları › İş №3(041)-15/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-15/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-15/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1974-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1036/2017 saylı,xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X3 və Şəxs müştərək qaydada 27389 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Xətai rayon məhkəməsiin 2017-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə şifahi vəsatət verərək üzərinə düşən pulun ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və o, həmin borcu tam ödəmiş, tələbkar "xxxx" MMC şöbəyə məktub ünvanlayaraq borcun bağlandığını göstərmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Xətai rayon məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən 27389 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcu tam ödəmişlər. Hazırda onun tələbkara heç bir borcu yoxdur. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məhərrəm Şirnalıyev tərəfində məhkəməyə təqdim edilmiş və "xxxx" MMC tərəfindən Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 23.2023-cü il tarixli, M 2831 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1036/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam ödənilmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış X4 və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1036/2017 saylı,xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X3 və Şəxs müştərək qaydada 27389 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Xətai rayon məhkəməsiin 2017-ci il tarixli İcra vərəqəsi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə iclasında borcun ödənilməsi üçün vaxt istəmiş və o, icra sənədi üzrə borcu tam ödəmişdir. "xxxx" MMC tərəfindən Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 23.2023-cü il tarixli, M 2831 nömrəli ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 2(011)-1036/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam ödənilmişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcu tam ödəmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar