Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-151/2023 08.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Tər-Tər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tər-Tər rayonu Köçərli kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 1,29 qram olan qrudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Bakı şəhərində razin adlanan ərazidə olarkən yerdən siqaret qutusu görmüş və qutunui açanda içərisində marixuana olduğunu görüb üstündə sasxlamşdır. 08.2.2023-cü il tarixdə taksi ilə Kürdəmir rayonuna sərnişin gətirmiş və sərnişini düşürüb qayıdanda polis əməkdaşları onu saxlatdırıb onun narkotik vasitələri gəzdirməkdə və üstündə saxlmaqda şübhəli olduğun bildirb on Kürdəmir RPŞ-nə dəvət etmişlər. 2 nəfər hal şahidi və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilıərkən cibində saxladığöı qrudulmuş marixuana aşkar edilərək götütrülmüşdür. İlk dəfə inzibati xəta hadisəsi törətməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb ona həbslə bağlı olmayan cəza veriləməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd ediməsi haqqında qərarda xx.xx.2023-cü il tarixli, 18/144 nömrəli ekspert rəyində 01 ədəd polietilen kəsiyi olan bükümdə təmiz çəkisi-1,29 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Marixuananın təmiz çkisi-1,29 qram, tədqiqata sərf edildi-0,02 qram, 1,27 qram qalıq qalmışdır. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinəəsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 15(on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,27 qram qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov İş 3(041)-151/2023 QƏRARDANÇİXARİŞ (İnzibati tənbeh tətbiq etmə haqqında) 08 fevral 2023-cü il, saat 17.20-də Kürdəmir şəhəri Кцрдямир район мящкямясинин щакими Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci илдя Tər-Tər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tər- Tər rayonu Köçərli kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraг, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 1,29 qram narkotik vasitə olan qrudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 30.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs оьлу Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 15 (on beş) gün мцддятя инзибати щябс тянбещ тядбири тятбиг едилсин. Həbsetmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalan 1,27 qram nakotik vasitə olan qrudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qяrarыn surяti rəsmi qaydada verildiyi vaxtdan 10 (он) gцn mцddяtindя Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-151/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-151/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver