Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-152/2024 13.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042047 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Xərdapay kəndində küçəsə ucadan nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsinin İTB-nın sahə rəisi F.Z.Kərimli tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırdı ki, Kürdəmir rayonu Xırdapay kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq xəstə olduğunu, dərman ala bilmədiyini və bu barədə Kürdəmir RPŞ-nın əməkdaşları tərəfindən tədbir görülmədiyini, həmçinin polis əməkaşlarının ünvanına xoşa gəlməz sözlər işlətmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə saat 11 radələrində izahatını almaq üçün Şəxs yaşadığı ünvana gedərək 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı izahat verməli olduğunu bildirmiş, lakin Şəxs xoşagəlməz sözlər işlədərək onun qanuni tələblərinə tabe olmamış, şöbəyə getməkdən və izahat verməkdən imtina etmişdir. Nəticədə onu şöbəyə apararaq izahatını almış, əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta olduğu müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, müəyyən xəstəlikdən əziyyət çəkir, dərman almağa pulu yoxdur, bununla bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq başına gələnləri izah etmiş, ona dərman almaqda köməklik edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kürdəmir rayon polis şöbəsinin əməkdşaları yaşadığı ünvana gələrək DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı izahat verməli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarının ona dərman alacaqlarını zən edərək şöbəyə gedib baş verənlər barədə izahat vermiş, lakin şöbədə barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini gördükdə əsəbləmiş və etiraz etməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Şəxs izahatının sonunda barəsində ədalətli qərara qəbul olunmasını xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq xəstə olduğunu, dərman ala bilmədiyini bildirərək Kürdəmir RPŞ-nın əməkdaşlarından kömək istəmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə səhər saatlarında Kürdəmir rayon polis şöbəsinin əməkdşaları Şəxs yaşadığı ünvana gələrək DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı izahat verməli olduğunu bildirərək onu şöbəyə aparmışlar və barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. xx.xx.2024-cü il tarixdə Şəxs xoşagəlməz sözlər işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı deyilənləri təsdiq edən heç bir subut iş materiallarıəna əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır. Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsi təsdiq olunmadığından inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-152/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-152/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver