Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-156/2023 09.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Əsgər oğlunun iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1359955 nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan dayısı Zərərçəkmiş şəxs Əsgər oğluna məxsus dəyəri 169 manat olan bir baş qoyunu xırda talamaqla oğurlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Əsgər oğlu onun dayısıdır, dayısına məxsus xırda buynuzlu heyvanlar vardır, maddi imkanı zəif olduğu üçün həmin heyvanlardan birini oğurlamaq qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə dayısının yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evinə qonaq gedərək dayısı Habil ilə nahar etdib spirtli içki qəbul etmiş, sonra evinə gedərkən yolun kənarında otlayan dayısına məxsus qoyunlardan birini özü ilə götürərək yolda həmkəndlisi Ramiqə 60 manat pul müqavilində satmışdır. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Əsgər oğlu izahatında göstərdi ki, Şəxs onun bacısı oğludur, münasibətləri normal olmuşdur. Özü təsərrüfat işləri ilə məşğul olmaqla ailəsinin keçimini təmin edir, təsərrüfatında 28 baş qoyun vardır. xx.xx.2023-cü il tarixdə bacısı oğlu Şəxs onlara qonaq gəlmiş, bir yerdə nahar etdikdən sonra Tərxan öz evlərinə getmişdir. Həmin gün saat 15 radələrində qoyunları həyətinə gətirərkən bir baş dişi qoyunun yerində olmadığını görmüş və qoyunun Şəxs tərəfindən oğurlandığını müəyyən etdikdən sonra şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmiş, gələcəkdə belə halların baş verməməsi üçün Şəxs şikayətcidir, odur ki, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin 3(041)-1020/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs törətdiyi xırda talama növündə inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi, lakin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarxli, AZA 000074 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19.45-də inzibati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 16:30-da azad edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 02 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona tətbiq edilmiş inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) ay, 29 (iyirmi doqquz) gün həbs tənbeh tədbiri saxlansın. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-156/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-156/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver