Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-161/2024 14.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Dəyirmanlı kənd orta məktəbində müəllim işləyən, Kürdəmir rayonu Atakişili kəndidə yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü ali təhsilli olmaqla Kürdəmir ayonunun Dəyirmanlı kəndində orta məktəbdə müəllim işləyir.Hadisədən 2 ay əvvəl onun yaşadığı evin həyətindən keçən qaz xəttində sızma olduğu üçün o, aidiyyəti orqanlara şikayət etmiş və baş verə biləcək hadisənin qarşısını almasını xahiş etmişdir. O, şikayətini dəfələrlə etdikdən sonra xx.xx.2024-cü il tarixdə Azəriqaz əməkdaşları gəlib həmin sızmanı aradan qaldırmışlar. xx.xx.2024-cü il tarixdə o, evə gələrkən adıı sonradan bildiyi və özünü polis əməkdaşı kimi təqdim edən Orxan Ağayev onu saxlatdırmış və onlarla birlikdıə polis şöbəsinə getməsini təkid etmişdir. O, isə hansı səbəbə polis şöbəsinə getmək lazım olduğunu soruşmuş, polis şöbəsinə getmək üçün ona heç bir bildiriş gəlmədiyini demiş,polis əməkdaşı isə ona izahat vermədən qolundan yapışaraq zorla avtomobilə otuzdurmaq istəmiş, o,da etiraz edərək avtomobili həyətlərinə salıb gedəcəyini desə də Orxan Ağayev israrla onun polis şöbəsinə gedəcəyini bildirmişdir.Həmin vaxtı Orxan Ağayevin yanında “Azəriqaz”İB-nin əməkdaşı da olmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, avtomobillə evlərinə gedərkən polis əməkdaşı ona əl işarəsi verərək saxlatdırmıçş və o, avtomobili saxlamış, Bəxtiyar Cahanov özünü təqdim edərək pois əməkdaşı Orxan Ağayevin raportuna əsasən polis şöbəsinə getmək lazım olduğunu demiş, o, isə ona rəsmi olaraq bildiriş göndərilməsini tələb etsə də Bəxtiyar Cahanov və yanındakı polis əməkdaşı zorla onu avtomobildən dartıb çıxardaraq polis şöbəsinə gətirmişlər.Polis əməkdaşları ona zorakılıq göstərmiş və ona xəsarət yetirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-də polis sahə rəisi vəzifəsində işləyir. Kürdəmir RPŞ TB-nin təhqioqatçısı Orxan Ağayev xx.xx.2024-cü il tarixdə raportla Kürdəmir RPŞ-nin rəisinə müraciət edərək Şəxs barəsində tədbir görülməsini xahiş etmiş,o,da raportla əlaqədar rayon sakini kimi tanıdığı Şəxs dəfələrlə zəng edərək onu polis şöbəsinə dəvət etmişdir. O, dəfələrlə Şəxs polis şöbəsinə dəvət etsədə Şəxs hər dəfə müxtəlif bəhanələlrlə polis şöbəsinə gəlməkdən yayınmışdır. Ona görə də o,xx.xx.2024-cü il tarixdə polis serjantı Zamin Bəkirovla birlikdə Şəxs yaşadığı envana getmiş və həmin vaxtı Şəxs avtomobillə gələrkən onu saxlatdırıb özünü təüdim edəndən sonra məsələnin mahiyyətini izah etmiş və onunla birlikdə polis şöbəsinə getmək lazım olduğunu bildirmişdir. O, Şəxs məsələnin mahiyyətini izah edib onunla birlikdə getməsini xahiş etsə də Şəxs etiraz edərək onunla mübahisə etmişdir. Şəxs dəfələrlə onun qanuni tələblərinə tabe olmadığı üçün da sonda məcbur olub Şəxs zorla avtomobilə əyləşdirib polis şöbəsionə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində gösrtərdi ki, o, “Azəriqaz”İBdə mühəndis vəzifəsində işləyir.Şəxs aidiyyəti orqanlara şikayəti üzrə onun şikayəti təmin edilmiş və xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin təhqiqatçısı Orxan Ağayevlə birlikdə onun yaşadığı ünvana gedərək şikayətin təmin edilməsini təsdiq etmək üçün həmin yerə baxış keçirərək fotoşəkillər çəkmişlər.Həmin vaxt adını sonradan bildiyi Şəxs da gəlmiş, polis əməkdaşı Orxan Ağayev ona polis şöbəsinə getmək lazım olduğunu desə də ,o, Orxan Ağayevlə mübahisə edərək etiraz edib onun qanuni tələblərinə tabe olmamışdır.Sonrakı hadisədələrdən onun xəbəri yoxdur. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də şahid ifadələrisi,hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi ynaşaraq onun ifadəsini məsuliyyətdən yayınmaq kimi qiymətləndir. Məhkəmədə inzibati xəta törədən Şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən eilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs polis əməkdaşalrı təəfindən döyülərək xəsarət almasını araşdırmaq üçün rayon prokurorluğuna məlumat verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs polis əməkdaşalrı təəfindən döyülərək xəsarət almasını araşdırmaq üçün rayon prokurorluğuna məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-161/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-161/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver