Məhkəmə qərarları › İş №3(041)-168/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-168/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-168/2025 05.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Kürdəmir rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.3 və 590.2-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd ov tüfəngini qeydiyyatsız saxlamış və xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Ərşəli kəndində qadağan olmuş müddətdə ov qaydalarını pozmaqla 01 ədəd turac quşlarını ovlayaraq ümumilikdə təbiətə 330 manat maddi ziyan vurmuş, nəticədə R.R.Ağamaliyev tərəfindən Azərbaycan Respublikasının İXM-nin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol 2024-cü ilin dekabr ayında məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixli 3(041)-1187/2024 saylı qərarla inzibati xəta haqqında material geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, müsadirə edilməli olan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin, silah və döyüş sursatlarının adı, markası, istehsal tarixi, nömrəsi, kustar və ya sənaye üsulu ilə hazırlandığı, ov silahının təklüləli və ya qoşa lüləli, uzun vəy qısa lüləli, yivli və yivsiz, mexanizmi, təyinatı, istifadəyə yararlı və ya yararsız olması, fotoşəkli və sair fərqləndirici əlamətləri göstərilmədiyindən və işə baxılarkən yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmaq və həmin materialları tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol geri qaytarılmışdır. Protokolu tərtib edən Kürdəmir rayon polis şöbəsinin əməkdaşı Fəhmin Kərimli qərardadda göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə, Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarını dəyişdirərək Şəxs götürülmüş ov tüfənginin fərqləndirici əlamətlərini göstərməklə, nəticədə eyni tarixdə və eyni məsələ ilə bağlı iki fərqli məzmunda qərar qəbul etməklə kobud qanun və prosessual pozuntuya yol vermişdir. Hər iki qərar “Elektron Məhkəmə İnformasiya Sistemin”də qeydə alınmışdır. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material təkrarən geri qaytarılsın Bu qərardaddan şikayət verilə bilməz. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar