Məhkəmə qərarları › İş №3(041)-169/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-169/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-169/2023 13.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində dostu ilə söhbət edən zaman əsəbləşmiş və mübahisə etmişlər. Həmin vaxtı polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ona sakitləşməsini xahiş etmiş, o, isə səbi olduğu üçün polis əməkdaşlarını əhəmiyyət verməmiş qanunsuz hərəkətlərinə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-i İTB-nin rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları Kürdəmir şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşraq özlərini təqdim edib, adını sonradan bildikləri Şəxs sakitləşməmiş və oz qanunsuz hərəkətərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları onun sakitləşmədiyidini və onların qanuni tələblərinə tabe olmadığını görüb əlaə kömək çağırmış və Şəxs məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, şahid ifadəsi, inzibatı xəta hadisəsnin baş vermə şəraiti, onun əməlindən peşman olmasını ifadə etməsi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar