Məhkəmə qərarları › İş №3(041)-171/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-171/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-171/2025 24.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-171/2025 xx.xx.2025 Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlu, Quliyeva Sürəyya İsmayıl oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085584 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-272/2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2(041)-602/2021 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-272/2021 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 10071.17 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 602/2021 nömrəli icra sənədiə əsasən Şəxs 1729 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun iki icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 11800,17 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, barəsində olan icra sənədlərindən məlumatı var, heç yerdə işləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Hazırda ona 2 ay vaxt lazımdır ki, obyektini satıb borcunu tam şəkildə ödəsin. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi və ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-272/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 10071.17 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)- 602/2021 nömrəli icra sənədiə əsasən Şəxs 1729 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs obyektini satıb borclarını tam şəkildə ödəyəcəyinə söz verdi və bunun üçün ona 2 ay vaxt verilməsini xahiş edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasının gedişində icra məmuru icra sənədi üzrə tələbkarlarla telefonla əlaqə saxlayıb, onların münasibətini soruşdu və hər iki tələbkar buna etiraz etmədiklərini bildirdilər. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Borcluya izah edilsin ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir şəhəri iş № 3(041)-910/2024 xx.xx.2024-cü il Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, icra sənədləri üzrə tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 18.05-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı, icra sənədləri üzrə tələbkar X9 və Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasına gəlmişlər. Sədrlik edən işdə iştirak edən şəxslərin səlahiyyətlərini yoxlayır və onların şəxsiyyətini müəyyən edir. X7: xx.xx.1996-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru vəzifəsində işləyir. Şəxs qızı: xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan, X10: xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan Sədrlik edən işdə iştirak edən şəxslərə Azərbaycan Respublikası İXM-nin 108-ci maddəsinə əsasən hakimə etirazın olub-olmamasını soruşur. Etirazı daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Şəxs qızı: hüquq və vəzifələrim mənə aydındır, vəkil istəmirəm, məhkəmədə hüquqlarımı özüm müdafiə edəcəm. Şəxs vəkildən imtina barədə ərizəsini məhkəməyə təqdim edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən vəsatətin olub-olmamasını soruşur. Vəsatət olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün sözü icra və probasiya şöbəsinin icra məmuru X4 verir. X7: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-272/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 4130 manat tutularaq tələbkar X1 ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-602/2021 nömrəli icra sənədiə əsasən Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb tələbkar X11 ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun iki icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 6380 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişəm. S/C - icra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə verməmişdir. - onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişəm. - tələbkarlara olan ümumi borcu 6380 manat borcu təşkil edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızına inzibati xəta haqqında izahat verməyi təklif edir. Şəxs izahatı: - lombard fəaliyyəti ilə məşğul oluram, barəmdə olan icra sənədlərindən məlumatım var, bir müddət əvvəl tələbkar X15 lombarda gələrək 2250 manat dəyərində qızıl-zinət əşyaları təqdim edərək pul götürmüş və faizi ilə bərabər qaytamışdır, həmin pulu qaytarmağıma baxmayaraq Bakı şəhərində yerləşən lombardda müəyyən problemlər yarandığından G.Osmanovun qızıl-zinət əşyalarını qaytara bilməmişəm. Lakin 2024-cü ilin oktyabr ayının 15-nə kimi həmin qızıl-zinət əşyalarını qaytaracağıma söz vermişəm. Digər icra sənədi üzrə tələbkar X1 ümumiyətlə borcum olmayıb, həmin qətnamə mənə təqdim edilmədiyi üçün məhkəməyə müraciət edərək qətnaməni tələb etmiş, tələbimdən sonra orada çalışan adlarını bilmədiyi şəxslər məni məhkəməyə dəvət edərək mənə bir-iki sənədə imza etdirmişlər, lakin qətnaməni mənə təqdim etməmişlər, həmin qətnamə bu günə kimi mənə təqdim edilməmiş, həmçinin mənim xəbərim olmadan kimlərinsə mənim yerimə apellyasiya şikayəti yazdığını sonradan bilmişəm. Bütün bu mübahisələri həll edə bilməyim üçün mənə vaxt verilməsini xahiş edirəm. S/C - Bütün bu mübahisələri həll edə bilməyim üçün mənə vaxt verilməsini xahiş edirəm. Sədrlik edən icra sənədləri üzrə tələbkar X5 inzibati xəta haqqında izahat verməyi təklif edir. X3 izahatı: - pula ehdiyacım olduğuna görə 2022-ci ildə lombart fəaliyyəti ilə məşğul olan Şəxs qızına müraciət edib özümə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq ondan nağd pul götürmüşəm. Cavabdehlə aramızda olan razılaşmaya görə cavabdehdən aldığım pulları ona ödədikdən sonra ona girov verdiyim qızıllarımı ona qaytarmalı idim. O, aldığı pulları faizi ilə birlikdə cavabdehə qaytarsa da borclu G.Bəşirova həmin qızılları satdığını bildirib mənə qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehlə aramızda olan razılaşmaya əməl edib qızıllarımı qaytarmasını tələb etməyimə baxmayaraq cavabdeh mənə məxsus olan qızılları qaytarmaq istəməmişdir. Bununla bağlı iddia ərzəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş, iddiam təmin edilərək Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(041)-602/2021 nömrəli qətnaməm ilə Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb mənə ödənilməsi qət edilmişdir. G.Bəşirovanın 2024-cü ilin oktyabr ayının 15-nə kimi həmin qızıl-zinət əşyalarını qaytaracağı ilə bağlı dediklərinə razıyam, mənə vaxt verilməsinə etiraz etmirəm. S/C - G.Bəşirovanın 2024-cü ilin oktyabr ayının 15-nə kimi həmin qızıl-zinət əşyalarını qaytaracağı ilə bağlı dediklərinə razıyam, mənə vaxt verilməsinə etiraz etmirəm. Sədrlik edən işdə olan sənədlər, inzibati xəta haqqında protokol, izahatlar, barəsində məlumat verib, onları ayrı-ayrılıqda işə baxılmasında iştirak edən şəxslərlə tədqiq etdi. İşdə iştirak edən şəxslər əlavə sübut və vəsatətlərinin olmadığını bildirdilər. Sədrlik edən müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edərək, həmin qərardan apellyasiya şikayəti və ya protesti verilmə qaydasını, işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah etdi. Məhkəmə iclası saat 18.35-də bağlı elan olundu. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: Kürdəmir rayon məhkəməsi İş materiallarının mündəricatı Sıra Sənədlər Səhifələr Qeyd №si 1 Kürdəmir rayon icra və probasiya şöbəsinin məktubu və 1-16 əlavə sənədlər 2 Protokol 17 3 Qərardad 18 4 Bildiriş 19 5 Ərizə (vəkildən imtina) 20 6 Zərərçəkmiş şəxsin iltizamı 21 7 Məhkəmə iclasının protokolu 22-24 8 Qərar 25-28 9 Məhkəmə qəbzi 29-30 10 Məktublar 31-33 11 12 13 14 15 16 17 18 19 20 21 23 24 25 26 27 28 29 30 Cəmi 33 vərəqə Məhkəmə iclas katibi Orxan Gülalıyev ( imzası, adı ,soyadı)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar